İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK: “Sarkisyan Qarabağla bağlı bunları bilirdi”

1867 12.03.2024 16:32 Gündəm A A

“2015-ci ildə konstitusiya dəyişiklikləri zamanı Serj Sarkisyan baş nazir postuna namizəd olmayacağını bəyan etmişdi, lakin hələ 2017-ci il parlament seçkilərindən sonra Sarkisyanın baş nazirliyə namizəd olacağı bilinirdi. O, bu yaxınlarda “fəlakətin qarşısını almaq istədiyi üçün baş nazirliyə namizəd olmaq qərarına gəldiyini” deyib. Mətndən aydın olur ki, o, fəlakət dedikdə Qarabağ ətrafında hadisələrin inkişafını nəzərdə tuturmuş”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında danışıb.

“Xronoloji ardıcıllıqla getsək, Serj Sarkisyan bu qərarı 2018-ci ilin fevralında verməli idi. Yəni artıq 2018-ci ilin fevralında Sarkisyan üçün Qarabağ münaqişəsi kontekstində fəlakətin gəlib çatdığı aydın olub. Bunu insanlara deməsə də, mən baş nazir olanda yaza bilər, məktub göndərə bilərdi. Həm onunla, həm də mənimlə ünsiyyətdə olan bir adam var idi. Mənə bu məlumatı ötürə bilərdi”, - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR