İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan RƏSMƏN elan etdi! Rus sərhədçiləri çıxarılır, Kremldən TƏCİLİ açıqlama - CANLI

923 12.03.2024 15:53 Gündəm A A

“Ermənistan hökumətinin İrəvanın Zvartnots hava limanından rus sərhədçiləri çıxarmaq qərarı çoxlu müxtəlif şərhlərə səbəb olsa da, əslində hakimiyyət onlara uzun illər xidmətlərinə görə təşəkkür edib”. Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Rusiya FTX-nin Sərhəd Xidmətinə məktubla müraciət edərək, Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan bəri Zvartnots hava limanında xidmət etdiklərinə və sərhəd təhlükəsizliyinin təmin edilməsində dəstəyə görə təşəkkür edib.

Daha sonra bildirilib ki, Ermənistanda dövlət institutları, o cümlədən Rusiyadan olan tərəfdaşların köməyi ilə son illər inkişaf etdiyi üçün Ermənistan Sərhəd Xidməti hava limanında Rusiya tərəfinin dəstəyi olmadan nəzarəti həyata keçirmək üçün kifayət qədər təcrübə toplayıb”, - Paşinyan bildirib.

Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda Zvartnots aeroportunu tərk edəcəyini bəyan edib: "Bu siyasi proses deyil, işçi prosesidir".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Turab Rzayevlə Rusiya-Ermənistan münasibətlərini müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR