İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə “əlcək atdı”: Qərbin “Nikol fəndi” - KTMT bəyanatının sirri...  

1327 23.02.2024 15:34 Siyasət A A

Nikol Paşinyan Ermənistanın baş naziri olandan bəri onun bic, yoxsa ağılsız siyasətçi olması haqda müxtəlif fikirlər səslənir. O, hakimiyyətə gəldiyi gündən bəri Ermənistan üçün nəsə etmək istəyir, amma görünən budur ki, nə etmək istədiyini özü də bilmir. Müəyyən etmək çətindir ki, fikir, məqsədi nədir. Ancaq ortada bir fakt var: “Soros uşağı”nın apardığı siyasət onunla nəticələndi ki, Ermənistan dalan dövlətinə dönüb, indi isə özünün hakimiyyətinə qarşı da ciddi təhlükə yaranıb...

Nikolun 2020-ci ilin sentyabrınadək tutduğu mövqe Azərbaycanı Vətən Müharibəsinə başlayıb Qarabağı hərbi yolla işğaldan azad etməyə məcbur etdi. Daha sonra sülh danışıqlarını pozaraq, Qarabağdakı separatçı rejimi dəstəkləməkdə davam edərək 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirləri görməyi şərtləndirdilər.
Artıq Qarabağla bağlı məsələ bitib – Azərbaycan suverenliyini, ərazi bütövlüyünü tam təmin edib və indi quruculuq işləri, məcburi köçkünlərin yurd-yuvasına qaytarılması ilə məşğuldur.
Bəs Ermənistan, Paşinyan nə edir? Azərbaycanla sülhdən yayınırlar, revanşdan dəm vururlar, Cənubi Qafqazda sabitliyin pozulması üçün əllərindən gələni edirlər. Nikol faktiki olaraq son vaxtlar özünü “dəlioğlanlığa” qoyub. Rusiyaya arxa çevirib, Fransanı, Qərbin missioner qüvvələrini Ermənistana, Cənubi Qafqaza(?) gətirmək kimi abstrax siyasət aparır.

1698918979_photo_5339392249219372549_y.jpg (50 KB)

Azərbaycanla sülh müqaviləsi üzərindən də sabotajlar edərək, faktiki olaraq Paşinyanın əli Qərb, Fransa Ermənistan üzərindən Rusiyaya qarşı cəbhə açmağa çalışır. Buna tam olmasa da, müəyyən qədər nail olublar.
Qərb bu işdə Ermənistana maliyyə yardımları ayırır, Fransa Ermənistanı Azərbaycanla anlaşmaqdan yayındırmaq, arxayın salmaq üçün onu silahlandırır, müxtəlif vədlər verir.
Bu arada, 23 fevral 2024-cü ildə Ermənistan müdafiə naziri Suren Papikyan və Fransa müdafiə naziri Sebastyan Lekornu İrəvanda yeni əməkdaşlıq sazişləri imzalayıb.
Eyni gündə Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsində Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurması barədə açıqlaması, habelə digər bəyanatları ciddi mətləblərdən xəbər verir.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib. O qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir: “Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”.

Xatırladaq ki, Ermənistan son vaxtlar KTMT-nin həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etmirdi...
Paşinyan digər sərsəm açıqlamalar da verib, Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını deyib, ancaq Azərbaycan XİN bunu dərhal təkzib edib: “"Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır".
Ümumən, Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsində bütün gedişləri birmənalı şəkildə regional bütün prosesləri tormozlamağa hesablanıb.
O, xüsusən Rusiyaya qarşı köklənib və görünən budur ki, Qərbin, Fransanın sifarişi, diqtəsi ilə Putinə savaş açır.
Nikol iddia edib ki, Rusiya bir neçə ay əvvəl Ermənistanda xalqı hökuməti “devirməyə” çağırıb.
Həmçinin, rusiyalı fərari Dimitri Setrakovun Ermənistanda rus əsgərləri tərəfindən “oğurlanmasına” da toxunub və bildirib ki, Yerevan öz ərazisində “qanunsuz hərəkətlərə dözə bilməz”.

Bu arada Ermənistanın hökumətə bağlı factor.am saytı isə adı açıqlanmayan yüksək vəzifəli bir məmura istinadla Rusiya sərhəd qoşunlarının yaxın gələcəkdə Yerevanda Zvartnots beynəlxalq hava limanından çıxarıla biləcəyini deyib.
Bu arada Ermənistana Rusiyaya qarşı savaşı gücləndirməyə hesablanmış daha bir fitva Avropa Parlamentindən gəlib. Belə ki, avroparlament gələn həftə Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.

Mənzərə artıq aydındır: kollektiv Qərb Paşinyanı Ermənistanı Rusiya ilə konfantasiyaya, əlaqələri kəsməyə məcbur edib. Belə təsəvvür yaranır ki, Nikola “qorxma, Putinlə rinqə gir” əmri verilir. Fransanın bu prosesdəki rolu isə Paşinyana “özün möhkəm dur, Putinin ayağından dart yıxılacaq” fitvası anlamına gəlir...
Ancaq birmənalı şəkildə deyə bilərik ki, Paşinyan odla oynayır. O, ağıllı olsaydı, vaxtı ilə Qərbin fitvasına getmiş Yuşşenkonun, Saakaşvilinin – Gürcüstanın, Ukraynanın taleyindən nəticə çıxarardı...

1445120026_1.jpg (38 KB)

Ermənistan ona əsrlərdir hamilik etmiş, habelə SSRİ dağıldıqdan sonra forpostuna çevrildiyi Rusiyanın təsir dairəsindən çıxmaqla, əslində ona həm də xəyanət etmiş olur. Düzdür, ermənilər üçün bu adi şeydir. Erməni toplumu tarixən terrorçu, satqın, xəyanətkar olub. Paşinyanın apardığı anti-Rusiya siyasəti Qərbin Ermənistanın əli ilə Cənubi Qafqaza soxulmaq cəhdidir. Təbii, Qərb, xüsusən Fransa bölgəyə xoşbəxtlik gətirmək niyyətində deyil, bölgəni tamamən faciəvi duruma sala bilər bu iddiaların gerçəkləşməsi.
Rusiyanın da bölgədə güclənməsi heç də xoş deyil, amma reallıqları da başa düşmək mütləqdir. Rusiyanın indiki halda Cənubi Qafqazdan sıxışdılırılması, Qərbin gəlişi çox ağır faciələrlə müşayiət oluna bilər. Bu, məsələnin başqa tərəfidir, digər mövzudur.
İndiki halda isə mövzu Ermənistanın Rusiya ilə açıq savaşa başlamaq niyyətini ortaya qoymasıdır. Bu, Paşinyana heç də asan başa gəlməyəcək, onu çox acınacaqlı tale gözləyir. Ən yaxşı halda Putinlə savaşda uduzacaq və hakimiyyətdən salınacaq...
Sonra nə olacaq? Bunu proqnozlaşdırmaq o qədər də asan deyil, çünki növbəti dəfə Ermənistanda iqtidara kimin gələcəyi, hansı kursu aparacağını müəyyənləşdirmək çətindir...
Azərbaycan Prezidenti İlham Əliyev son 4 ildə dəfələrlə bəyan etmişdi ki, Ermənistan bir dövlət kimi məhv olmaq istəmirsə, təcili şəkildə sülh müqaviləsini imzalamalı və regional əməkdaşlıq projesinə başlamalıdır. Bu, Ermənistanın yeganə xilası idi. Bu halda onu nə Qərbdən, nə də Şimaldan təhlükə gözləməyəcəkdi.
Bəlkə indi də gec deyil...

Elşad MƏMMƏDLİ

"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR