İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Minsk Qrupuna qəzəbləndi: 30 il çuval kimi atıldıq, əvvəl bir tərəfə, sonra digər tərəfə

949 11.04.2024 21:20 Siyasət A A

“Azərbaycanın ərazi bütövlüyünü tanımaqla biz faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü tanımış olduq”.

Musavat.com xəbər verir ki. eunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada hökumətin 2023-cü il üçün proqramının icrasının yekunlarına dair hesabatın müzakirəsinə həsr olunmuş yekun çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün lazımdır, çünki Ermənistanın ərazi bütövlüyü Azərbaycan tərəfindən məhdudlaşdırılıb: “Ermənistan, hətta tarixən, məhz SSRİ məntiqinə görə, bu ölkələrin əhatəsində olan ölkədir, buna görə də onların ərazi bütövlüyünü tanımırsansa, öz ölkənin varlığını tanımırsan. Onlar bizi bununla şirnikləndirdilər və biz özümüz də bununla ölkəmizin suverenliyinə xələl gətirdik. Heç kim tarixi Ermənistanı məndən çox sevmir, amma mən tarixi Ermənistanı əsl Ermənistandan çox sevməkdən imtina edirəm”.

Daha sonra hökumət başçısı ATƏT çərçivəsində gedən danışıqlardan bəhs edib: “ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslərdən danışırlar, bizi tənqid edirlər, amma fərqinə varmırlar ki, ATƏT-in Minsk Qrupunun prezidentləri 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir.

İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Bağışlayın, amma bu ATƏT-in Minsk Qrupu Ermənistana münasibətdə legitim geosiyasi rəqabət deyilsə, nə idi?

Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-ın, Rusiyanın, eləcə də Minsk Qrupuna üzv ölkələrin maraqları üst-üstə düşür, onlar gəlib bunu edəcəklər.
Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: bu o deməkdir ki, siz geosiyasət subyekti deyilsiniz, amma nə bilim, sizi zorla torbaya salıblar. Bağışlayın, amma 30 il çuval kimi atıldıq, əvvəl bir tərəfə, sonra digər tərəfə. Görmədinizmi ki, gəlib bura dedilər: bunu deyin, sonra gedib ATƏT-də başqa cür səs verdilər. Geosiyasi rəqabət deyilsə, bu nədir? Əksinə, biz Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik, deyirik ki, bircə dəqiqə, dostlar, burada ölkə var, hökumət var, xalq var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR