İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda bayram tədbiri keçirilib FOTO

501 29.12.2023 11:10 Mədəniyyət A A

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında dünya azərbaycanlıların həmrəylik günü haqqında məlumat verib, qeyd edib ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Ulu öndər Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

Hüseyn Quliyev soydaşlarımızın həmrəyliyi və onların Azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi ideyasının Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri və bu həmrəylik gününün dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla soydaşımızın bayramı olduğunu qeyd edib.

Səfir yola saldığımız 2023-cü ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, ötən ildə ölkə başçılarının qarşılıqlı səfərlər reallaşdırdıqlarını, dövlətlərimiz arasındakı münasibətlərin artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Sonra Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində xidmətləri olan bir qrup incəsənət xadiminə və jurnalistlərə  Fəxri diplom və xüsusi Statuet təqdim edilib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim edilib.

Konsert proqramında azərbaycanlı müğənnilər Rəna Əzizova, habelə Özbək Davron Kadırov müxtəlif Azərbaycan musiqi nömrələrini ifa etmiş, tanınmış saz ustası İlham Abdullayev oyun havalarımızı səsləndirmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı tərəfindən isə milli rəqslərimiz təqdim olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR