İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri keçirildi FOTO

551 29.12.2023 16:43 Mədəniyyət A A

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə yaşayan azərbaycanlı və özbək uşaqlar üçün bayram tədbiri təşkil edilib.

Musavat.com xəbər verir ki, tədbirdə 200-ə yaxın azərbaycanlı və özbək uşaqları iştirak ediblər. Bayram şənliyində iştirak edən uşaqlar üçün Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış maraqlı bədii proqram təqdim edilib.

Tədbir çərçivəsində uşaqlara Mədəniyyət Mərkəzinin böyük konsert zalının səhnəsində Azərbaycan milli musiqiləri, maraqlı səhnəciklər təqdim edilib.

Şənlikdə uşaqlar da öz istedadlarını nümayiş etdiriblər. Onlar proqramın fəal iştirakçıları kimi, şeirlər söyləyib, rəqs ediblər, müxtəlif oyunlar oynayıblar.

Səhnə əlvan oyuncaqlarla, çilçıraqlarla bəzədilib, şam ağacı yerləşdirilib, nağıl qəhrəmanları, Şaxta baba və Qar qız qışın gəlişini elan ediblər.

Tədbirin təşkilatçıları balaca qonaqlarının əylənməsi üçün proqramın rəngarəngliyinə xüsusi diqqət yetiriblər.

Belə ki, bayram şənliyində iştirak edən balacalar, təkcə nağıl personajlarının çıxışlarından deyil eyni zamanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblının ifasında təqdim olunan milli rəqslərimizə də böyük sevinc və həvəslə tamaşa ediblər.

Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Olima Mahmudovanın ifa etdiyi mahnılar da bayram şənliyinə xüsusi şən əhval-ruhiyyə qatıb.

Bayram şənliyində balacalara Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış hədiyyələrin təqdim olunması onları çox sevindirdi.

Uşaqlar onlara bəxş olunan bu sevincdən, göstərilən qayğıdan məmnun olduqlarını öz alqışları ilə bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR