İnsanlara hürriyət, millətlərə istiqlal!

Orqanizmdəki iltihabı YOX EDİR! - Süfrənizdə mütləq olsun

1401 02.02.2024 19:23 Səhiyyə A A

Qışda yoluxucu xəstəliklərə qarşı immunitetini güclü saxlamaq üçün qidalanmaya fikir vermək lazımdır. Türkiyənin məşhur həkimi, professor Osman Müftüoğlu tərkibində B1, B2 və B6 vitaminləri olan qara çörəkotudan bol-bol istifadə etməyin vacibliyini vurğulayıb.

Bəs qara zirənin sağlamlıq üçün faydaları nələrdir?

Musavat.com xəbər verir ki, Müftüoğlu qara çörəkotunun faydalarını belə sıralayıb:

- Tərkibində maqnezium, sink, selenium, B1, B2, B6 və digər vitaminlər kimi nadir, lakin vacib minerallar var.

- Qara çörəkotunun əsas gücü tərkibindəki birləşmələrdən, xüsusən də timokinonlardan gəlir.

- İltihab əleyhinə çox güclü təsirə malikdir.

- Qara çörəkotu bu xüsusiyyətlərinə görə allergik xəstəliklər, o cümlədən astma və sinüzit kimi yuxarı tənəffüs yolları infeksiyalarının müalicəsində geniş istifadə olunur.

- Ən düzgün istehlak şəkli təzə və keyfiyyətli qara çörəkotunu bütöv və ya üyüdülmüş şəkildə qəbul etməkdir.

- Digər düzgün variant isə soyuq sıxılmış yağlarından istifadə etməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR