İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onu ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq bağışladım" - FOTO

1087 30.03.2024 17:37 Şou-biznes A A

Avroviziya qalibimiz Nigar Camal adından açılmış saxta hesabla bağlı instaqramın hekayə bölməsində paylaşım edib.

Musavat.com olay-a istinadən bildirir ki, ifaçı mövzu ilə bağlı şikayət etdiyini, daha sonra həmin şəxsi bağışladığını bildirib.

"Bir müddət öncə adıma açılmış fan hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm", - deyə, müğənni yazıb.

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs TikTok-da Nigarın adından fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları şəkilləri ilə şantaj edib, pul istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR