İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə psixiatrik xidmət belə yaxşılaşdırılır - Nazir AÇIQLADI 

627 01.04.2024 11:44 Səhiyyə A A

Səhiyyə Nazirliyi tərəfindən respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir.

Musavat.com xəbər verir ki, bu fikirləri “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib.

Nazirin sözlərinə görə, “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib. Nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR