İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə məhkəmə islahatları sürətlənməlidir - QHT rəhbəri və hüquqşünasdan çağırış

1132 21.06.2022 10:00 KİVDF layihələri A A

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. Ancaq bu gün hüquq sisteminin formalaşdırılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi zəruridir.

Sözsüz ki, məhkəmə-hüquq sistemində islahatlarla bağlı Prezident sərəncamlarında məhkəmələrin üzərinə də bir sıra mühüm vəzifələr qoyulub. Məhkəmələrə həbs-qətimkan tədbirinin seçilməsinə həssas yanaşılması, cəzanın növü və həddini müəyyən edərkən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət törətməkdə təqsirli bilinən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş hədlərdə ədalətli cəzanın təyin edilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilib. Bu, xüsusilə cərimələr məsələsində də özünü göstərməkdədir. Adicə yol hərəkət qaydalarını pozan sürücülər haqqında Dövlət Yol Polisi İdarəsinin müəyyən etdiyi cərimələrə məhəl qoymayan və ya maddi imkansızlıq ucbatından ödəməyən sürücülər haqqında sözügedən qurumun məhkəmələrə müraciəti əvvəlki illərlə müqayisədə daha şəffaf və daha ekspress aparılır. Əvvəlki illərdə sürücülərin bir çoxu cəriməni ödədikdən sonra belə, məhkəmənin işə xitam verməsi üçün xeyli əziyyət çəksələr də, hazırda bu məsələ o qədər sadələşdirilib ki, sürücülük hüququnun məhdudlaşdırılacağı ilə bağlı məhkəmələr cəriməsini ödəyən vətəndaş üçün keçirilmir.

Onu da deyək ki, cəmiyyətdə məhkəmələrə inamın daha da yüksəlməsi, hüququn aliliyinin təmin olunması baxımıdan, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanını qeyd etmək olar. Sənəd ictimai ekspertlər, fəal vətəndaş mövqeli şəxslər tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirildi.  Ümumiyyətlə, mütəxəssislər son bir neçə ildə aparılan məhkəmə islahatlarını belə ümumiləşdirir: məhkəmə hüquq-sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin daha da müstəqilləşməsi prosesinin aparılması, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının daha da təkmil formaya salınması, yenilənməsi, insanların məhkəmələrə müraciət etmə imkanlarının bir az da asanlaşdırılması, məhkəmə-hüquq sisteminə aid inzibati mərkəzlərin, infrastrukturun müasirləşdirilməsi və s.

Qalmaqal davam edir: İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı

Xəzər Teyyublu: “Hakimlərə müstəqillik verilməlidir”

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində atmalı olduğu addımlar var: “İlk növbədə beynəlxalq standartlara uyğun bir idarəçilik qurulmalıdır. Bu da şəffaflıqdan, ciddi antikorrupsiya layihələri həyata keçirməkdən başlayır. Kadr və struktur islahatları sürətlənməli, tam modern və şəffaf idarəetmə modeli qurulmalı, korrupsioner məmurlarla bağlı konkret addımlar daha da sərtləşməlidir”. QHT rəhbərinin fikrincə, hakimlərə isə müstəqillik verilməlidir: “Məhkəmə sistemində ədalətli qərarların verilməsi, xüsusən mülkiyyət hüquqlarının pozulması barədə vicdanlı hökmlərin çıxarılması üçün məhkəmələr azad olmalıdır. Bu istiqamətdə reformlar aparılmalıdır. Təbii ki, müstəqil məhkəmə sisteminin olması hüquqi dövlət quruculuğunda inkişaf üçün əsas faktorlardan biridir. Bu gün vətəndaşların ən çox şikayət etdiyi sahələrdən biri məhkəmə sistemidir. Ona görə bu sahədə fundamental dəyişikliklər olmalıdır. Vətəndaş hüquqi dövlətdə yaşadığını hiss etmək üçün onun məhkəmə sisteminə güvənməlidir və burada çıxarılan qərarlar onu sarsıtmamalıdır, əksinə, dövlətin ədalətinə sığınmalıdır, beynəlxalq məhkəmələrə müraciət etməyə məcbur qalmamalıdır”.

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

Vaqif Hüseyn

Hüquqşünas Vaqif Hüseyn hesab edir ki, ən qəddar, amma işləyən qanunla da ədaləti bərpa etmək mümkündür: “Hər şey insanlardan asılıdır. Bu gün Azərbaycan məhkəmə sisteminə, hüquq-mühafizə orqanlarına düzgün nəzarət sistemi formalaşdırılmalıdır. Burada parlamentin də rolu önəmlidir. Azərbaycan məhkəmə sistemində Türkiyə modelini tətbiq etmək olar. Yəni vahid ədliyyə sistemi yaradılır, prokurorluqla məhkəmə eyni strukturda birləşdirilir”.

Emil SALAMOĞLU 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR