İnsanlara hürriyət, millətlərə istiqlal!

Statistika Komitəsi xaricdən 4500 dollara eşşək alınmasına aydınlıq gətirib

9311 30.03.2015 18:26 Ölkə A A
2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycana xarici ölkələrdən diri halda alınıb, gətirilən heyvanların statistikası cəmiyyətdə ciddi maraq doğurub.

Azpolitika.az saytının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il xaricdən ölkəmizə idxal olunan diri atlar, ulaqlar və qatırlar 29 baş təşkil edib ki, buna da 132,4 min ABŞ dolları xərclənib. Orta hesabla götürsək, bir at və ya qatırın qiyməti 4500 dollardan baha baş gəlir. Ölkəyə orta səviyyəli bir  avtomobil qiymətinə xaricdən at-eşşək gətirilməsi sosial şəbəkələrdə gülüş hədəfinə çevrildi. 

Qeyd edək ki, Azərbaycanın bölgələrində 20-30 manata ulaq, 100-200 manata isə normal bir at almaq mümkündür. Ulağın qiyməti ən yüksək halda 50 manat, atın qiyməti isə 500-600 manat ola bilər. 

Bəs, görəsən həmin heyvanları xaricdən 20-30 qat baha qiymətə almağa vadar edən səbəb nədir? 

Bu suala cavab tapmaq Dövlət Statistika Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. 

Komitənin sözçüsü Sevda Süleymanova bildirdi ki, alınan heyvanların hər biri cins atlar olub: “Məlumatda deyilir ki, ölkəyə 29 ədəd diri atlar, ulaqlar, qatırlar və at qatırları gətirilib. Bu təsnifatın ümumi adıdır. Ancaq bu 29 ədəd heyvanın hər biri cins, saf qanlı atlardır. Onların alınması üçün 132,4 min ABŞ dolları xərclənib. Ölkəyə qatır və ulaq gətirilməyib. Bu 29 ədəd heyvan yalnız atlar olub”.

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR