İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏFƏR ƏBİYEVİN MÜLKLƏRİNİN YENİ SİYAHISI...”

7025 04.09.2011 09:17 Ölkə A A
  • Hərbi Akademiya ilə üzbəüz çoxmərtəbəli qoşa villa. Həyətində böyük avtomobil parkı var. Orada 30-dan artıq bahalı maşın, hətta VİP avtobuslar saxlanılır.
  • Yasamal rayonu ərazisində - Statistika Komitəsi ilə üzbəüz çox mərtəbəli binada 4 otaqlı bir neçə mənzil. Ümumi sahəsi 1000 kvadratmetrə yaxındır.
  • Həzi Aslanov küçəsində çoxmərtəbəli villa.
  • Həsən Əliyev küçəsində qoşa villa.
  • Teymur Əliyev küçəsində möhtəşəm villa.
  • Avropa hotelinin yanındakı çoxmərtəbəli binada 5 mənzil.
  • Keçmiş stomatoloji poliklinikanın yerində çoxmərtəbəli villa.
  • Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli bina.
  • Səməd Vurğun küçəsində villa və çoxmərtəbəli binada mənzillər.
  • "Sahil" metrostansiyasının yanında çoxmərtəbəli binada mənzillər.
  • Yasamalda Şüşəli bazarın arxasında möhtəşəm villa.
  • Şimal QRES-də villa.
  • Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada, Nabranda möhtəşəm villalar.
  • Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super marketlər, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı və sair.

Onun Müdafiə Nazirliyinə aid satdığı torpaqların yeni siyahısı:

  • Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsi.
  • Keçmiş Ali Hərbi Məktəbin parkı - 10 hektar.
  • Biləcəri qəsəbəsində hərbi ticarət bazasının torpağı - 20 hektar.
  • MN-ə məxsus hərbi ticarət idarəsinin torpaq və qurğuları.
  • Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisi.
  • Həzi Aslanov qəsəbəsində hektarlarla sahə.
  • Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisi.
  • Masazırda köhnə hərbi kolxozun ərazisi.
  • Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazi.

Bundan əlavə onun xaricdə böyük biznesi, mülkləri var. Ötən müraciətlərimizdə onları təqdim etmişdik. Budur Səfər Əbiyevin sarsılmaz qüdrəti! Budur onun xalqımıza vurduğu maddi və mənəvi zərbə.
Biz əminik ki, indi olmasa da, nə zamansa Səfər Əbiyevin qanunsuz hərəkətləri araşdırılarkən sadaladığımız faktlardan istifadə ediləcək. Ona görə də onları indidən təqdim edirik.
Şəhid anaları, orduda əlil olmuş əsgərlərin valideynləri Səfər Əbiyevdən soruşacaqlar ki, onun iki oğlu harada, necə xidmət edib, indi tutduqları yüksək vəzifələrə necə təyin ediliblər?
Biz bir daha ziyalıları, hüquq müdafiəçilərini, vətənpərvər insanları, hüquq mühafizə orqanlarını bizim səsimizə səs verməyə çağırırıq"...
Zabitlərin müraciətinin birinci hissəsi dünənki sayımızda dərc edildikdən sonra redaksiyamıza telefon açan bir zabit (hər halda, o, özünü zabit kimi təqdim edib-red.) Müdafiə Nazirliyində baş verən digər neqativlər barədə müəyyən məlumatlar verdi. Həmin zabitin dediklərindən: “Hər dəfə ordudakı neqativlər haqqında yazılanda, danışılanda nazirliyin rəhbərliyi bunlara münasibət bildirmək əvəzinə psevdo-vətənpərvərlik nümayiş etdirir. Deyirlər ki, bunlardan ermənilər dövlətimizə qarşı istifadə edir. Adama deyərlər ki, bu neqativlərə niyə yol verirsiniz ki, ermənilər də bundan istifadə etsin? Mətbuatı, bu faktları açıqlayanları təqib etməkdənsə, bu biabırçılıqlara, korrupsiyaya son qoymaq lazımdır. Müdafiə Nazirliyinin hərbi-qapalı qurum olmasından istifadə edib ordumuzu bərbad hala salmaq və sonra da ”bunları danışmayın, yazmayın, ermənilər bundan istifadə edəcək",- iddiasını irəli sürmək hansı məntiqə sığır? Azərbaycan ordusunda zabitlərə bir ögey münasibət var. Elə polkovnik-leytenant tanıyıram ki, hələ evi yoxdur. Oğlunu imkansızlıqdan evləndirə bilməyən yaşlı hərbçilərimiz var. Birotaqlı evdə 5 həddi-buluğa çatmış övladı ilə yaşayan hərbçi ailələri var. Niyə onlar bu zillətlə yaşadıqları halda Müdafiə Nazirlyiinin rəhbərliyində olanlar onlarla mülklərə sahib olmalıdırlar? Hansı məntiqlə? Özü də bu gün ordu rəhbərliyində oturanlar elə əməllərin sahibləridirlər ki, bunları açıqlasaq şoka düşərsiniz. Hələlik onlardan bir neçəsini deyim. Səfər Əbiyevin sağ əli - müavini, general Çingiz Məmmədov bu gün zabitlərə üstdən aşağı baxır. Elə bilir biz zabitlər onun keçmişini, bütün günü 2 manatlıq “Xan” arağı içib keflənməsini unutmuşuq. Çingiz Məmmədov Rusiya ordusunda xidmət edərkən azərbaycanlı zabitlərin torbasını tikməklə məşğul olub. Onun verdiyi yalan donoslara görə zabitlərin “Babadayı” kimi tanıdığı Gülməmməd Axundov sovetlər dövründə 6 il həbsdə yatıb. Çingiz Məmmədov-Lənkəran Əliyev cütlüyü TTM-in rabitə bölüyünün rəisi Namiq Bağırovu heç bir səbəb olmadan ordudan qovdular. Onu ləkələyib tərxis etdilər. Hansı ki, onun zərrə qədər suçu yox idi. Onu şərlədilər ki, guya Lənkəran Əliyev TTM-in rəisi olduğu vaxtlarda orada onun maşınlarla harasa yanacaq daşıtdırmasını lentə alıbmış. Amma bu yalan söhbətdir, bunu kimsə başqa adam etmişdi, Namiqin üstünə atdılar, şərəfli bir zabiti ordudan qovdular. TTM-də batalyon komandirinin müavini olmuş kapitan Əfqan Məmmədov Lənkəran Əliyevə məruzə edəndə onun təqdimat forması Lənkəran Əliyevin xoşuna gəlməmişdi. Buna görə də Əliyev əlindəki açar topası ilə Əfqan Məmmədovun başına zərbə endirmişdi, onun başı deşilmişdi. Bu adamların zabitə münasibəti budur.
Ali Hərbi Məktəbə qəbul zamanı qəbul komissiyasının sədri hər il MN-nin Kəşfiyyat İdarəsinin rəisi Rəhim Cəfərov olur. Səbəb də odur ki, o, Səfər Əbiyevin qohumudur, qəbul zamanı lazım olan bütün işləri rahatca həyata keçirə bilirlər".
Qeyd edək ki, MN rəhbərliyi barədə redaksiyada daha bir neçə dosye var. Hələlik onları araşdırırıq. Yaxın günlərdə həmin məlumatları da dərc etməyə başlayacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR