İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvət almaqda ittiham olunan komissiya sədrinin məhkəməsi başlayıb

967 16.06.2016 22:18 Ölkə A A
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fəsad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 
 
APA-nın məlumatına görə, prosesdə Fəsad Mustafayev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
 
 
Məhkəmə prosesi iyunun 24-də davam etdiriləcək.
 
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fasad Mustafayev rüşvət alarkən yaxalayıblar. O, Bakı şəhər sakininə əlillik sənədinin düzəldilməsi üçün pul istəyib. Fəsad Mustafayev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR