QURANİ-KƏRİMİN HANSI TƏRCÜMƏSİ SƏHİHDİR?
İslam universitetin islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullanın bildirdiyinə görə, mütəxəssislər ən mükəmməl tərcümə kimi mərhum akademik Ziya Bünyadovla professor Vasim Məmmədəliyevin tərcüməsini qəbul edir: “Bundan əvvəl isə mərhum Tariyel Bilaloğlu və Məmmədhəsən Qənioğlunun tərcüməsi normal qəbul edilirdi. Amma təəssüf ki, Tariyel müəllimin tərcüməsi zamanında geniş yayılmadı. Bu tərcümələrdən sonra qəbul olunan tərcümə Nəriman Qasımoğlunun işidir. Lakin onun tərcüməsində fərdi yanaşmalar var. O, necə varsa elə də tərcümə edib ki, buna da iradlar yaranır. Məsələn, onun tərcüməsində bir ayədə yazılıb: ”Hiylə etmə, ən yaxşı hiylə edən Allahdır" tərcüməsindən belə anlaşılır ki, Allah hiylə edəndir. Amma Vasim müəllimin də, Tariyel müəllimin də tərcüməsində yazılıb ki, “Hiylə etmə, sənin qəlbində hiyləni bilən və görən Allahdır”. Rus dilində Elmir Quliyevin tərcüməsi var, o da normal qəbul olunmur. Çünki bu tərcümə müəyyən qaynaqlarla bağlı olduğu üçün bəzi fərqlər var. Hətta o tərcümənin yeni nəşri Səudiyyə Ərəbistanında buraxıldı. Orada da yenidən tərcüməyə münasibət tam başqa cür olmuşdu. Amma Azərbaycan dilində ən klassik tərcümə Mollazadənindir. O da tək tərcümədən ibarət deyil, ora Quranın təfsiri də daxildir".
Hacı Fuad yeri gəlmişkən, bu yaxınlarda xüsusi daş-qaşla işlənmiş Qurani-Kərim barəsində də danışdı: “Məndə olan məlumata görə, prezidentin maliyyəsi ilə yeni cilddə, nəfis tərtibatda, xüsusi şəkildə, qaşlarla bəzədilmiş Qurani-Kərim nəşr olunub. Ancaq hələ dərs vəsaiti kimi bizə gəlib çatmayıb, kimin tərcüməsi olması barədə məlumatlı deyiləm. Çox güman ki, Vasim müəllimlə mərhum Ziya Bünyadovun tərcüməsi olacaq. Yəqin ki, yeni tərcümə olsaydı deyilərdi”.
“Yeni tərtibatın xüsusi qaşlarla işlənməsinin tərcümənin mükəmməlliyinə nə dərəcədə aidiyyəti ola bilər” sualımıza F.Nurulla belə cavab verdi: “Belə tərtibat qəbulolunandır. Ola bilər brilyant qaşlarla, qızıl hərflərlə, qızıl səhifələrdən ibarət quranlar tərtib olunub, kimlərəsə hədiyyə edilib. Bunlar hamısı Allaha olan sevgidən irəli gələn bir işdir. İmkanı çatan kimsənin belə bir tərtibatı yaratmasına qadağalar yoxdur”.