İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat başqanı Azərbaycanlıların Soyqırım Günü ilə bağlı xalqa müraciət edib

1214 30.03.2015 19:40 Ölkə A A
Müsavat Partiyasının başqanı Arif Hacılı 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı Azərbaycan xalqına müraciət edib. 

Müraciətdə deyilir:  

“Hörmətli soydaşlarım! 

1918-ci ilin 31mart  günü Şaumyanın başçılıq etdiyi bolşeviklərin və  erməni daşnaklarının silahlı dəstələrinin Azərbaycan əhalisinə qarşı Bakı şəhərində  törətdikləri dəhşətli qırğın dünya tarixinin ən böyük faciələrindən biridir. Həmin hadisələr vaxtı   Bakıda 12 mindən çox azərbaycanlı ölrürülüb, on minlərlə insan itkin düşüb. Bütövlükdə həmin ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində 50 mindən şox dinc vətəndaş – qadınlar, uşaqlar, qocalar dəhşətli işgəncələrlə qətlə yetirilib. Bu dəhşətli soyqırım bir tərəfdən xalqımızın avanqard qüvvəsi olan Müsavat Partiyasının rəhbərliyi ilə Bakıda və  Azərbaycanda genişlənən  istiqlal hərəkatının qarşısını almaq, bütövlükdə Bakını və ətraf bölgələri yerli əhalidən təmizləmək məqsədi daşıyırdısa, digər tərəfdən erməni millətçilərinin insanlığa nifrətlə yoğrulmuş ideologiysından qaynaqlanırdı. 

Tarix Azərbaycan xalqını dəfələrlə ağır sınaqlara çəkib.  

Lakin xalqımız  qətiyyəti və müdrikliyi ilə,  tolerantlığı və  sülhpərvərliyi ilə bu sınaqlardan həmişə mərdliklə çıxıb. 1918-ci il qətliamı da millətiin iradəsini qıra bilmədi, həmin hadisələrdən az sonra ölkəmiz öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimiz də çox sınaqlardan keçdi, amma bu gün o artıq əbədidir. Ancaq bizim müstəqillik uğrunda qurban gedən həmvətənlərimiz qarşısında borcumuz çoxdur. Mart qırğınının günahsız qurbanları da bu Vətənin şəhidləri və bizim and yerimizdir. Onların qarşısındakı müqəddəs borcumuzdan bu faktı təkcə Azərbaycan tarixinin yox, həm də dünya tarixinin faktına çevirməklə və bir də  xalqımıza təmənnasız, vicdanlı xidmətlə, ərazi bütövlüyümüzü bərpa etməklə,  ölkəmizi inkişaf etdirməklə, onu azad, cümhuriyyət ideallarına sadiqliklə firavan bir məmləkətə çevirməklə çıxa bilərik.

Tanrı şəhidlərimizin ruhunu şad eləsin”.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR