İdman mərc oyunlarından əldə edilən uduşların gəlir vergisinə cəlb olunmasına başlanıb

Yanvarın 1-dən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisinə cəlb olunur.
APA xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
Beləliklə, 2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq.