İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Mahmudovun daha bir “akula”sı üzə çıxdı

24300 26.08.2016 07:55 Ölkə A A
Eldar Mahmudov vəzifədən qovulandan sonra onun ətrafında həbslər başladı. İstintaqdan yayına bilənlərdən biri onun ən sadiq adamlarından sayılan “Akula Akif” kimi tanınan Akif Mustafayev oldu.  Eldar Mahmudov “vurulana” qədər Akif İsmayıl oğlu Mustafayev onun kriminal çetesinin “qıraqda gəzib ortada yeyən” üzvlərindən olub. 

Bakıda özünü iş adamı kimi tanıdıb, günlərini Eldar Mahmudovun dəbdəbəli imarətində düzənlənən içki məclislərində keçirib. Həmin məclislərdə barələrində məlumat topladığı iş adamlarının dosyelərini Eldar Mahmudova ötürüb. Onun əsas vəzifəsi də elə bu olub - imkanlı iş adamları haqda dosye toplayıb MTN-dəki mütəşəkkil qruplaşmaya çatdırmaq. 

Sonradan həmin iş adamları MTN-ə çağırılıb, döyülüb, təhqir edilib, şantaj olunub və mal-mülkləri, böyük paraları əllərindən alınıb. Xidmətlərinə görə “Akula Akif”ə iş adamlarından qoparılan pulun 30-35 faizi verilib. Üstəlik həmin iş adamları böyük paraların qarşılığında MTN-dən onun vasitəçiliyi ilə azad olunub, sonradan onun “krışa”lığı altında öz bizneslərini davam etdiriblər. Redaksiyamıza daxil olan məlumata görə, Mahmudovun çetesində “Akula Akif”in funksiyasını yerinə yetirən digər şəxslər də olub. Onlar iş dünyasına sızmaqla biznesmenlərin qohumluq əlaqələri, işgüzar münasibətləri, dövriyyədə olan maliyyələrinin həcmi, münasibətdə olduqları qadınlar, Azərbaycanın istirahət zonalarında, xaricdəki mal-mülkləri, yaxınları barədə məlumatlar toplayıblar. Bundan sonra iş adamları ən müxtəlif bəhanələrlə MTN-ə aparılıb, milyonları əllərindən alınıb.

Image result for Milli təhlükəsizlik

Qaynağımız bildirib ki, hazırda “MTN işi” üzrə istintaqda zərərçəkən kimi tanınanlardan biri də Nizami adlı iş adamdır. Bu şəxs Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub. 2011-ci ildə Nizami MTN-ə çağırılıb və ona özü barəsində ən sıcaq məlumatları deməklə çaşqın duruma salıblar. Deyiblər ki, cinayət törədib, etiraf etməsə vəziyyəti yaxşı olmayacaq. MTN-in Anti-Terror Mərkəzində sahibkara fiziki və mənəvi təzyiqlər göstərilib, ondan etmədiyi cinayəti etiraf etmək tələb olunub. Tikinti şirkətinin rəhbəri heç bir cinayətə yol vermədiyini desə də, onu qanunsuz olaraq saxlayıblar. Həbsdə olduğu müddətdə bank hesabından 2 milyon manat pulu çıxarılıb, bundan sonra özünü 1 milyon 500 min manat əlavə olaraq ödəmək şərti ilə azad ediblər. MTN çetesi ifşa olunandan sonra Nizami Baş Prokurorluğa şikayət edib, başına gətirilən müsibətlər haqda məlumat verib.

Image result for Eldar mahmudov

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Nizami onu MTN-dəki çeteyə təhvil verən şəxsin vaxtilə ətrafında olmuş Polad Qabulov olduğunu da bildirib. Deyib ki, “Akula Polad” hazırda ölkədə deyil, xaricə qaçıb. Hazırda Nizami adlı iş adamının şikayəti Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır. Bildirilir ki, iş adamı MTN-in Anti-Terror Mərkəzinin həbsdəki rəisi Elçin Quliyev və digəriləri ilə üzləşdirilib. Polad Qabulov isə MTN-dəki “təmizləmə”lərdən xeyli əvvəl Azərbaycanı tərk etdiyindən onu iş üzrə dindirmək mümkün olmayıb. Nizami adlı iş adamı onu müflisləşdirmiş şəxslərin tutularaq cəzalandırılması üçün ən müxtəlif instansiyalara durmadan müraciətlər etməsi haqda da xəbər var. Onun mətbuata niyə üz tutmadığı bilinmir. Belə ehtimal var ki, iş adamı salındığı durumu ictimailəşdirib diqqət mərkəzinə gəlmək istəmir. Azərbaycanda onun kimi varidatı əlindən alınmış çoxsaylı iş adamları olsa da, MTN çetesi ifşa edildikdən sonra çox az bir qisim öz haqqını tələb etməkdədir. Digərləri isə istintaqın nə dərəcədə obyektiv olacağını aydınlaşdırmaq niyyəti ilə gözləmə mövqeyindədirlər.



Onu da qeyd edək ki, bu gün həbsdə 19 MTN-çi var. Bu şəxslər quldurluq, qanunsuz azadlıqdan məhrum etmə, rüşvət alma və çoxsaylı digər ağır cinayətlər törətməkdə şübhəli hesab edilirlər. MTN-in Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Natəvan Mürvətova ev dustaqlığındadır, “Akula Akif” kimi tanınan Akif Mustafayev isə İnterpol xətti ilə axtarışdadır. Onun bank hesablarına, əmlaklarına həbs qoyulub.

İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə andan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. Baş Prokurorluğun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula”nın bank hesablarına və əmlakına qısa müddət ərzində həbs qoyulub. Nəticədə o, Avropa paytaxtlarında pulsuz-parasız qalıb. Hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. “Akula”nın evindən xeyli daş-qaş, qızıl-zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR