İnsanlara hürriyət, millətlərə istiqlal!

Biznesmenlər də Naxçıvanı tərk edir

2793 18.02.2015 08:35 Ölkə A A

Binaların balkonundan paltar asmaqdan tutmuş yas məclislərində ehsanın verilməsinə qədər rəsmi səviyyədə müdaxilə var. Naxçıvanda jurnalistlərin, siyasi partiya üzvlərinin, hüquq müdafiəçilərinin fəaliyyəti demək olar ki qadağandır. 

Ümumiyyətlə, blokadaya alınmış respublikaya girişə də icazə verilmir. Yanvarın 24-də Naxçıvanda saxlanan 3 dindarın həbsi isə Naxçıvanda hansı şəraitin hökm sürdüyünə növbəti qorxulu sübut idi. Polisə aparılan inanclılardan tələb olunub ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova qarşı bir müddət əvvəl paylanmış vərəqələri onların etdiyini bildirsinlər. 

Onlara təzyiq göstərilərək imza atdırılıb. Lakin həbs olunan 4-cü vətəndaş protokolu imzalamadığı üçün onları həbs etmək mümkün olmayıb və 7 gün polisdə saxlandıqdan sonra buraxılıb. Ancaq daha əvvəl həbs olunan 3 nəfərin cinayətlərini etiraf etməsi səhnəsi Naxçıvan televiziyası tərəfindən lentə alınıb, lakin həmin görüntülər efirə verilməyib. 

Əslən naxçıvanlı olan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsi Naxçıvanda xüsusi nəzərə çarpır. Onun sözlərinə görə, muxtar respublikaya quru yolla əlaqənin olmaması və rejimin xarakterini nəzərə alsaq, Naxçıvan təcrid olunub.

S.Əkbər deyir ki, artıq nəinki ictimai fəallar, biznes sahəsində fəallıq edənlər, Naxçıvan elitası da öz yurdunu  tərk etməli olub: 

“Nəticədə dırnaqarası bir sabit mənzərə yaradılıb. Ölkədə demokratiya və insan haqları sahəsində fon pisləşdikcə, Naxçıvanda daha da pisliyə doğru gedir. Biz hər zaman Naxçıvanda pisləşmənin başa çatdığını qeyd edirik. Ancaq yenə də Naxçıvan rəhbərliyi fərqlənə bilir”.

Partiya sədri Naxçıvana getmədiyini və gedərsə necə qarşılanacağını bilmədiyini vurğuladı.

E.SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR