İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı velosipedçi Cənubi Amerikada ən yüksək zirvəni fəth etdi, bayrağımızı sancdı - VİDEO

1195 08.11.2016 00:14 Ölkə A A
Məşhur azərbaycanlı velosəyahətçi Ramil Ziyadov dünya səyahətini davam etdirir. 

Musavat.com xəbər verir ki, R.Ziyadov velosipedlə Cənubi Amerikaya çatan ilk həmyerlimiz olub. O, Kolumbiya və Ekvadordan keçərək Peruya gəlib. Hazırda Ramil Peruda And dağları boyunca səyahətini davam etdirir.

O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də, Çonta və digər zirvələri fəth edib. R.Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçi olub. Fəth etdiyi zirvələrdə o, Azərbaycan bayrağını dalğalandırıb və bunu 9 noyabr Bayraq Gününə həsr edib. Həmin zirvədə çəkdiyi videonu isə facebook səhifəsində paylaşıb.

Qeyd edək ki, R.Ziyadov dünya səyahətinə 2 il öncə başlayıb. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib.
 
Musavat.com videonu təqdim edir


Məğrur
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR