İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda yeni mərhələyə start verdik”

1816 11.12.2013 15:16 Ölkə A A
















“Hərəkətlərimiz, etirazlarımız sivil mübarizə  texnologiyalarına əsaslanır...”




Ötən bazar Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının təşkilatçılığı ilə Bakıda benzinin bahalaşmasına etiraz olaraq  “Vətəndaş tələbi!” şüarı ilə  aksiya keçirildi. Tədbirdə hərəkatın 20-ə yaxın üzvü iştirak edirdi. Lakin aksiya iştirakçılarının sayının az olması sosial şəbəkələrdə tənqidlərə səbəb oldu.  

Qurumun rəhbəri Ramin Hacılı iddia və tənqidlərə aydınlıq gətirdi: “Aksiyanı videosuna baxdım. Dostlarla çox ciddi təhlil etdik. Baş verənlər bundan ibarət idi ki, mülki geyimli polislər aksiyanın başlama saatından etibarən bizi digər vətəndaşlardan ayırıb jurnalistlərlə birlikdə qarşı tərəf itələdilər. Və arxadan gələn vətəndaşlarla aramızda qopuqluq yarandı. Ona görə də videolarda aksiyaya gələnlərin sayı az görünür. Əslində isə iştirakçıların sayı buna nisbətən çox idi. Vətəndaşların qoşulmaq istəyinin qarşısı alındı. Polislər də çox peşəkar işləyirdi. Biz də bütün bunları sonradan çəkilmiş videolardan gördük. Bu da bizim üçün bir təcrübə oldu. Düşünürəm ki, bu istiqamətdə polisimizi təbrik edirik”.

Tənqidlərə gəlincə, Ramin Hacılı aksiya ilə az da olsa, öz vicdan borclarını yerinə yetirdiklərini dedi: “Bahalaşma başlayandan bu günədək sosial şəbəkələrdə heç kim heç nəyə qarşı çıxmır, heç bir hərəkətlilik olmadı. Biz bu yöndə facebook-da “Vətəndaş tələbi” adlı səhifə yaratdıq. Azərbaycan elə ölkədir ki, onu kütlə yox, hər zaman gənclər xilas edib. Azərbaycandakı hakimiyyət dəyişiklikləri, bütün dəyişiklər gənclərin adı ilə bağlı olub. Bu baxımından da düşünürəm ki, Azərbaycanda fərdlərin kütlənin sözünü dediyi bir vətəndaş aksiyası oldu. Müxalifətdən gözləntilər böyük idi. Hesab edirəm ki, Azərbaycanda müxalifətin keçirəcəyi aksiyada da nəzərdə tutulan kütlənin toplamaq  mümkün olmayacaq.  Ümumiyyətlə, yaşadığımız ölkədə insanlarda qəzəb səviyyəsi o həddə çatıb ki, bir-birilərinin uğursuzluqlarına sevinir. Son dövrlər həm AXCP-nin “Yeni Müsavat  qəzetinə qarşı hərəkətləri, həm də Milli Şura ilə Müsavat Partiyası arasında baş verən insidentlər, hətta əlbəyaxa davalar bunu göstərir ki, Azərbaycanda qəzəbli durumda olan və qəzəb püskürən müxalif kəsim artıq qarşısında əlçatmaz bir hakimiyyəti görüb, əli çatan qardaşına hücuma keçir. Biz də həmin əli çatan qardaşdan olduq. Təbii ki, bütün bunlara rəğmən müxalifətin bu cür reaksiyasını normal hesab edirəm”. 

Qurum sədrinin sözlərinə görə, insanların yadında yalnız o qalacaq ki, Azərbaycanı düşünən tək müxalifət yox, eyni zamanda gənc insanları var, bu da Azərbaycan xalqı üçün bir stimul olacaq: “Təbii ki, növbəti addımlarımızda xalq bizim öz sözümüzü deyib, sonradan meydana çıxdığımızı, heç kimin qabağından qaçmadığımızı, polisə müqavimət göstərmədiyimizi görəcək. Bizim hərəkətlərimiz, etirazlarımız sivil mübarizə  texnologiyalarına əsaslanır. Bu texnologiyalar həm Qandi, Mandela ənənəsidir. Bu texnologiyaların sayəsində “Otpor”, “Pora”, “Kmara” kimi təşkilatlar Yuqoslaviya, Ukrayna, Gürcüstanda dəyişikliklərə nail olublar. Bu texnologiyalardan tətbiq etmək istədiyini bəyan edən  müxalifət də müxtəlif zamanlarda atdıqları addımlara görə onlar da bir neçə nəfərlə vərəqlər, bukletlər  paylayıblar. Düşünürəm ki, intellektual insanlar nəyin nə olduğunu başa düşürlər”.  

Ramin Hacılı 15 dekabr mitinqinə qatılmaq niyyətində olmadığını dedi: “Mən Azərbaycan müxalifətinin keçirdiyi heç bir aksiyada, heç bir tədbirdə iştirak etmək fikrin deyiləm. Azərbaycan müxalifəti artıq başa düşməlidir ki, xalqdan çox uzaqlaşıb. Buna da səbəb öz aralarında insidentlərin yaşanmasıdır. Mən 1998, 2000, 2003, 2005-ci illərdə müxalifətlə birgə bütün etiraz aksiyalarında iştirak etmişəm. 2003-cü ildə meydanda aksiyada həm döyülmüşəm, buna görə universitetdən də qovulmuşam. Mən borclu deyiləm ki, hər zaman Azərbaycan müxalifətinin arxasınca gedim. Müxalifət liderləri birləşəndə kim zəmanət verə bilər ki, yenə bu iki şəxs arasına mübahisə düşməyəcək? Bu prosesləri görən vətəndaşlar müxalifətin heç bir tədbirinə qoşulmur. Çünki bu prosesi görməyən yeni gənclik var. Müxalifətin bu gün ki gücünün zəif olmasında səbəb elə məhz müxalifətin özündə görürəm. Əgər müxalifət bu gün zəif olmasını iqtidarda görürsə bu normaldır. Çünki dünyanın hər bir yerində bütün iqtidarlar müxalifətin zəif olmasını istəyir, burada təəccüblü heç nə yoxdur. Dünyanın hər bir yerində iqtidar yeni liderin ortaya çıxmasını istəmir, bunun qarşısını alır. Əgər Azərbaycanda avtoritar bir rejim olduğuna görə öz müxalifətinə qəzəblidirsə, bunun da çıxış yolu var. Bunun çıxış yolunu Yuqoslaviyada, Ukraynada, Gürcüstanda  gənclər tapdı. Müxalifət kim ortaya çıxırsa, onu satqın, hakimiyyətə işləyən kimi qələmə verir. Bu halda müxalifətin hər hansı uğur qazanacağına inanmıram. Mən də dəfələrlə uğursuzluq sindromu yaşayan bir düşərgədə olmaq istəmirəm. Biz Azərbaycanda yeni mərhələyə start verdik”.

Nərgiz 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR