İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə çalxalanır: Baş nazir həyat yoldaşının güdazına gedir

1588 26.04.2024 14:54 Dünya A A

İspaniyanın Baş naziri Pedro Sançes həyat yoldaşı Beqona Qomesə qarşı korrupsiya ittihamları səbəbilə bir müddət bütün ictimai siyasi gündəmini ləğv etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, həyat yoldaşına və özünə qarşı ciddi siyasi hücumlar olduğunu deyən Sançes istefa ilə bağlı son qərarını bazar ertəsi günü açıqlayacağını bildirib. İspaniya mətbuatı Qomesin dövlət pulu və tender alan şirkətlərlə əlaqələrinin istintaq çərçivəsində araşdırılacağını bildirib.

Bu çərçivədə, “Globalia” turizm qrupu ilə 2020-ci ildə idarə etdiyi “IE Africa Center” adlı fond arasında bağlanmış "sponsorluq müqaviləsi" müzakirə edilir. “Globalia” pandemiya böhranı zamanı “Air Europa” aviaşirkətini xilas etmək üçün hökumətdən 475 milyon avro alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR