İnsanlara hürriyət, millətlərə istiqlal!

O, indi 15 yaşlı böyük oğlandır - "Filosof Atakan"ın son halı - FOTO

1664 26.04.2024 12:55 Son xəbər A A

Türkiyədə 10 yaşı olarkən “Filosof Atakan” adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 10 yaşında ikən 5 ayda 250 fəlsəfə kitabı oxuyan və açıqlamaları ilə gündəmə gələn Atakan Kayalar indi 15 yaşındadır. Atakanın son 5 ildəki dəyişikliyi fotolarında da əks olunub.

Yaşından böyük danışıq tərzi, fəlsəfəyə, biliyə marağı ilə diqqət çəkən filosof Atakan uzun müddət idi ki, gözdən yayınmışdı. 15 yaşı tamam olan Atakan məşhurlaşdığı vaxtlarla bağlı bu sözləri deyib:

"Birdən məşhurlaşanda özümü yorğun hiss etdim. Amma bu yorğunluğu tez atdım. Tanınmaq pis bir şey deyil. Yaxşı idi, gözəl idi".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR