İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyandan SON DƏQİQƏ SÜLH AÇIQLAMASI

1603 07.05.2024 13:16 Son xəbər A A

“Ermənistanın təhlükəsizliyinin əsas təminatı sülhdür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, əvvəllər mövcud olan təhlükəsizlik təminatı mexanizmləri işləməyib və Ermənistan bir çox təhlükələrlə üzləşib.

“Bizim yanaşmamız təhlükəsizlik zəmanətləri yaratmaqdır. Bu kontekstdə bu gün Ermənistanda həyata keçirilən hər şey bu təhlükəsizlik təminatlarının yaradılması prosesidir”, - deyə erməni baş nazir bildirib.

Onun sözlərinə görə, Tavuş bölgəsində quraşdırılan sərhəd dirəkləri Ermənistan Respublikasının təhlükəsizliyini təmin edən sütunlardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR