İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Flora Kərimovaya doğum günü hədiyyəsi göndərdi FOTO

1227 24.07.2023 18:37 Mədəniyyət A A

Mədəniyyət naziri Adil Kərimli ötən gün 82 yaşını qeyd edən Xalq artisti Flora Kərimovaya doğum günü hədiyyəsi olaraq çiçək buketi göndərib.

Musavat.com xəbər verir ki, bu barədə Flora Kərimova sosial şəbəkədə videopaylaşımda bildirib.

"Adil bəy, rəhbərlik etdiyiniz Mədəniyyət Nazirliyinə, şəxsən sizə çox təşəkkür edirəm, min yaşayın. Gözəl kəlamımız var: hər səhərimiz günəşli, işıqlı və gözəl arzularla başlasın. Bütün arzularınızı Allah çin etsin, insanlar qədrinizi bilsin. Mədəniyyət, sənət adamlarına olan diqqətinizə, münasibətinizə görə sizə təşəkkür edirəm, əziz olun", deyə Xalq artisti qeyd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR