İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO və Aİ-nin inkişafda olan ölkəsi ilə əməkdaşlıq dərinləşir

1021 05.09.2023 08:25 Media A A

Azərbaycan-Slovakiya diplomatik əlaqələrinin 30 illiyində qət edilən yol...

“Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycanla Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb”. Bu fikirlər sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Zuzana Çaputovaya bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə göndərdiyi məktubunda yer alıb. Məktubunda Slovakiya Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib: “Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Bu il Slovakiya-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi müxtəlif tədbirlərlə qeyd edilir. Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Azərbaycanla Slovakiya arasında rəsmi diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub.

Slovakiya Avropa İttifaqı və NATO-nun üzvüdür. Müstəqillik dövründə Slovakiya sosial-iqtisadi transformasiyada və beynəlxalq arenada, eləcə də Avropa İttifaqı və NATO-nun üzvü kimi fəaliyyətində uğurlar qazanıb. Azərbaycanın Avropa İttifaqı və NATO üzvü olan dövlətlə əlaqələrinin ildən-ilə dərinləşməsi ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsində əhəmiyyətlidir.

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Slovakiya ilə Azərbaycan arasında kifayət qədər intensiv siyasi dialoq, yüksək səviyyəli səfərlər, genişlənən iqtisadi əməkdaşlıq və artan mədəniyyət tədbirləri ilə öz əksini tapmış dostluq münasibətləri mövcuddur. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına ilk işgüzar səfərinin böyük əhəmiyyəti olub: “Ötən dövr ərzində yüksək səviyyəli səfərlərin intensivliyini nümayiş etdirmək üçün onu qeyd etmək kifayətdir ki, Slovakiya parlamentinin sədri Boris Kollar son iki ildə üç dəfə Bakıda olub. Bu ilin sonuna qədər Bratislavada Azərbaycan səfirliyinin açılacağı nəzərdə tutulub. Bu, əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün yeni imkanlar açacaq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq inkişaf edir. Slovakiya şirkətləri Azərbaycanda ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Əldə edilmiş razılaşmalar gələcəkdə təbii qazın təchizatı barədə də perspektivlər açır. Slovakiya ilə Azərbaycan arasında intensiv siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı əlaqələr mövcuddur. İkitərəfli münasibətlərin bir sıra sahələrində əməkdaşlığımızın daha da inkişafına mane olacaq hər hansı ciddi maneə yoxdur. Ölkələrimiz qarşılıqlı şəkildə bəyan edib ki, iqtisadi əməkdaşlığın araşdırılması maraqlarımızın prioritetləri sırasındadır. Slovakiya Azərbaycanı iqtisadi imkanlar ölkəsi kimi qəbul edir. 2021-ci ilin oktyabrında Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokun rəsmi səfəri zamanı iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Bu, ölkələrimizin ticarət və investisiya potensialının tədqiqi üçün mühüm addımdır.

Slovakiya 2019-cu ilin noyabr ayında Bakıda öz səfirliyini açıb. Slovakiyanın Bakıdakı səfirliyi ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün işlər görür. Slovakiya Azərbaycan tələbələri üçün bir sıra dövlət təqaüdləri ayırır. Ölkələrimiz ümumi maraq kəsb edən bir çox sahələrdə siyasi dialoqun təşkili üçün müvafiq qurumları ilə əlaqələri inkişaf etdirirlər. Enerji sahəsində əməkdaşlığa gəlincə isə Slovakiya bu il aprelin 25-də Macarıstan, Rumıniya, Bolqarıstanla birgə Azərbaycanla “Həmrəylik halqası” adlanan qaz sahəsində əməkdaşlıq memorandumunun imzalanmasında iştirak edib. Slovakiya Azərbaycan qazının Avropa bazarına çıxarılmasını dəstəkləyir. Slovakiya və Azərbaycan arasında qaz nəqli sahəsindən başqa, yaşıl texnologiyalar sahəsində enerji əməkdaşlığı üçün əlavə imkanlar var. Bu imkanlar daha çox Azərbaycanın yaşıl enerjiyə keçid planında və mümkün hidrogen nəqlində mövcuddur".

Politoloq qeyd etdi ki, Slovakiya Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində sosial-iqtisadi həyatın canlanmasına və Azərbaycan vətəndaşlarının oraya qayıtmasına kömək etmək üçün səy göstərdiyini bəyan edib. Bir çox ölkələr Qarabağın iqtisadi dirçəlişində iştirakda maraqlıdır, onlardan biri də Slovakiyadır: “Slovakiya Respublikası Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu ən yüksək səviyyədə bəyan ediblər.

Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Siyasi münasibətlərin getdikcə daha da dərinləşməsi hər iki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının qurulmasını təmin edir".

Yazını hazırladı: Etibar SEYİDAĞA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR