İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkoman pilot saxlanıldı - FOTO

1661 26.04.2024 02:38 Dünya A A

Qazaxıstanda “Air Astana” aviaşirkətinin pilotu narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinib.

Qeyd olunur ki, şübhəli Almatı hava limanında saxlanılıb. O, uçuş zonasında olub. Polis narkotik maddənin təsiri altında olduğunu etiraf edən pilotu tez bir zamanda saxlamağa müvəffəq olub. Eyni zamanda həmin şəxs Aktauya getdiyini bildirib. O, orada uşaqlar üçün keçirilən tədbirdə iştirak etməli olduğunu deyib.

Lakin axtarışlar zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə aşkar edilməyib. Öz növbəsində onun mənzilində şübhəli əşyalar aşkar edilib. Həmin şəxs bir neçə ildir ki, qanunsuz maddələrdən istifadə etdiyini qeyd edib.

Aviaşirkət artıq pilotu işdən azad edib. 

photo_2024-04-25_15-29-18.jpg (60 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR