İnsanlara hürriyət, millətlərə istiqlal!

“Muzeydə musiqi” adlı yeni layihə başlayıb

477 15.02.2024 18:03 Mədəniyyət A A

Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq.

Tamaşaçılar konsertdə musiqi dinləməklə yanaşı, həm də həmin dövrün sənət əsərləri ilə onları yaxından tanış edəcək tematik ekskursiyada iştirak etmək kimi unikal imkan əldə edəcəklər. Nəticədə isə bu və digər epoxanın mədəniyyəti ayrılmaz vəhdətdə qavranılacaq. Ölkəmizin aparıcı musiqi ocaqları ilə əmakdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək.

Layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert 14 fevralda təqdim olunub.Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib. Konsert “PAŞA Holding”in dəstəyi ilə keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR