İnsanlara hürriyət, millətlərə istiqlal!

Musleranın "Qalatasaray"da yeni maaşı bəlli oldu

1731 14.04.2024 20:07 İdman A A

Fernando Muslera "Qalatasaray"dakı gələcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoyub. Təcrübəli qolkiperin yeni maaşı da məlum olub.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Fanatik" məlumat yayıb.

Musleranın "Qalatasaray"dakı gələcəyinə aydınlıq gətirən detallardan biri də bu mövsümki çıxışı olub.

Klub rəhbərliyi ilk danışıqlarda 1,5 milyon avro təklif etdikləri Muslera ilə illik 2,2 milyon avro maaş qarşılığında müqavilə imzalayacaq.

Qeyd edək ki, Muslera 2011-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Qolkiper bu yaxınlarda 500-cü rəsmi matçına çıxıb. O, İstanbul nəhəngi ilə 15 dəfə kuboku başı üzərinə qaldırmağın sevincini yaşayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR