İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatda İsa Qəmbərin son qərarını gözləyirlər

1842 26.04.2024 08:38 Siyasət A A

Keçmiş başqanın son qərarını kimlər gözləyir?

Xəbər verildiyi kimi, Müsavat Partiyası mayın 4-də XI qurultayını keçirəcək. Artıq tədbirin keçiriləcəyi məkan da məlum olub. Bakı Şəhər İcra Hakimiyyəti Müsavata Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultay keçirməyə icazə verib.

Aprelin 30-na qədər partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsi mərhələsidir. Heç şübhəsiz ki, əsas diqqətlər başqanlığa kimlərin namizəd olacağına yönəlib. Artıq iki şəxsin namizədliyi məlum olub. Bunlardan biri tanınmış vəkil, Müsavat başqanının müavini, partiyanın Divan üzvü Osman Kazımovdur. Digər namizəd isə Müsavat Partiyası Səbayel rayon təşkilatının üzvü Natiq Ulubəydir. 

“Mənim yenidən namizəd olmaq səlahiyyətim yoxdur, çünki partiyanın nizamnaməsinə uyğun olaraq bir sədr üçüncü dəfə namizədliyini irəli sürə bilməz”. Bu sözləri Axar.az-a Müsavat Partiyasının qurultayında sədrliyə namizədliklə bağlı gedən müzakirələr haqda danışan hazırkı başqan Arif Hacılı deyib. “Əvvəlcə onu deyim ki, qurultayın nümayəndələri artıq seçilib. Məclis üzvlüyünə, başqanlığa, Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədlərin irəli sürülməsi prosesi başlayıb. Mənim yenidən başqanlığa namizəd olmaq səlahiyyətim isə yoxdur, çünki partiyanın nizamnaməsinə uyğun olaraq bir sədr iki dəfə seçildikdən sonra üçüncü dəfə namizədliyini irəli sürə bilməz. İsa Qəmbər və başqalarının namizədlik verməyə isə səlahiyyəti var və bu səlahiyyətdən istifadə etmək üçün 30 aprel tarixinə qədər vaxt hesablanıb. Proses yekunlaşdıqdan sonra isə məsələlərə münasibət bildirmək daha asan olacaq”, - deyə A.Hacılı bildirib.

Qeyd edək ki, partiya üzvləri keçmiş başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin namizədliyində israr edirlər. Onlar hesab edirlər ki, İsa Qəmbər başqan qayıdacağı halda Müsavat güclənəcək və bir zamanlar İsa Qəmbərin məhz özünün başqanlığı dövründəki gücünü özünə qaytaracaq. 

Başqanlığa namizəd olub-olmamağı ilə bağlı İsa Qəmbər aprelin 24-də qısa açıqlama verib: “Sağlıq olsun, amma bu barədə qəti qərar qəbul etməmişəm”.

İsa Qəmbərlə bağlı səs-küylü təklifin müəllifi danışdı: “Deyilənlər hamısı  boş sözlərdir” - GlobalInfo.az

Nüşabə Sadıqlı

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirib ki, müsavatçıların böyük əksəriyyəti İsa Qəmbərin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb: “Müsavat Partiyasının nizamnaməsində başqan 5 il müddətinə seçilir və bir şəxs ard-arda iki dəfədən artıq sədr ola bilməz. Ona görə də Arif bəyin müddəti bitdiyi üçün başqanlığa namizədliyini verməyəcək. Qaldı namizədlərə, müsavatçıların böyük əksəriyyəti İsa bəyin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb”.

Arzu Səmədbəyli Azay Quliyevlə, SƏXAVƏT SOLTANLI AYDIN HÜSEYNOVLA YARIŞACAQ  – DAHA 4 MÜSAVATÇI NAMİZƏD OLDU – YENİLƏNİB – EtikXəbər

Arzu Səmədbəyli

Müsavatdakı mənbələrdən əldə etdiyimiz məlumata görə, Müsavat Məclisinin keçmiş sədri Arzu Səmədbəyli də başqan olmaq istəyir. Sadəcə olaraq, o, İsa Qəmbərin son qərarını gözləyir. İsa Qəmbər namizədliyini verməyəcəyi halda Arzu Səmədbəylinin başqanlığa namizədliyini irəli sürəcəyi istisna deyil. Lakin İsa Qəmbər namizəd olacağı təqdirdə indiyə qədər namizədliyini irəli sürən şəxslərin də iddialarından İsa Qəmbərin xeyrinə geri çəkiləcəyi gözlənilir. Bu variantda isə İsa Qəmbər partiya başqanlığına vahid namizəd olacaq.

Arif Hacılı sürücü və katibəsinin Məclis üzvü seçilməsindən DANIŞDI: “Biz  onunla qonşuyuq”

Arif Hacılı

Mayın 4-dən sonra keçmiş başqan statuslu Arif Hacılının Müsavatda hansı vəzifəni tutacağına gəlincə, müsavatçılar bu məsələ barədə də ehtimallarını bölüşüblər. Arif Hacılının Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri postunu tutacağı gözlənilir. Hazırda həmin postda Gülağa Aslanlı təmsil olunur. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR