İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com-da yeni layihə... - VİDEO, FOTOLAR

2986 14.12.2017 16:58 Proje A A

Saytımızda canlı müsahibə dönəmi başladı. İlk qonağımız “Ankara Medical Center” klinikasının baş həkimi Zülfüqar Yusifov oldu...

Bu gündən etibarən musavat.com saytında yeni bir layihəyə start verilib. Artıq “Yeni Müsavat” qəzetinin Facebook səhifəsindən canlı yayım vasitəsilə müsahibələr gerçəkləşdirəcəyik. İlk müsahibimiz “Ankara Medical Center” klinikasının baş həkimi, ağrı mütəxəssisi Zülfüqar Yusifov oldu.

Qəzetimizin əməkdaşı Sevinc Telmanqızının moderatorluğu ilə aparılan müsahibə Facebook səhifəmiz üzərindən minlərlə oxucuya canlı yayım vasitəsilə çatdırıldı. Layihənin əsas məqsədi isə oxucuların da qonağımıza sual verərək, dərhal cavab almasından ibarət idi.

1 saatdan artıq davam edən müsahibə zamanı əməkdaşımızın sualları ilə yanaşı, oxucularımızın da öz səhhətlərindəki problemlərlə bağlı ünvanlandıqları maraqlı suallar oldu. Z.Yusifov hər bir oxucumuzun şikayəti ilə diqqətlə maraqlanıb, onun həll yolları ilə bağlı məsləhətlərini verdi.

Söhbət zamanı Azərbaycanda özəl xəstəxanalardakı yüksək qiymət, son dönəm həkimlərlə bağlı yayılan şikayətlər, xaricdə müalicə, qripdən qorunma yolları, onurğa-bel ağrıları, xərçəng xəstəliyinin artan qrafik üzrə yayılması, sağlam həyat tərzinin yolları və s. bu kimi bir çox mövzulara da toxunduq. Söhbətin geniş versiyası ilə aşağıdakı videoda tanış ola bilərsiniz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR