İnsanlara hürriyət, millətlərə istiqlal!

“Möhtəşəm yüzyıl”ın təxribatı İranı həvəsləndirib

3868 02.01.2014 19:58 Son xəbər A A


Türkiyədə yaşayan Güney Azərbaycan türkü, GAMAC  (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzvü Məhbub Əmrahinin “Möhtəşəm yüzyıl”da Səfəvilər dövlətinin “fars dövləti” kimi təqdim olunmasına etiraz olaraq rəsmi şikayət etməsi İranda da müzakirələrə səbəb olub. 
İran rejiminə bağlı “Tabnak” saytı “Türkiyə prokurorluğu Sultanla bağlı seriala bəraət verdi” sərlövhəli material yayıb. Yazıda iddia olunub ki, Ankara prokurorluğu Səfəvilərin İran dövləti, Səfəvilər dövrünün isə İran kimliyinin tərkib hissəsi olduğunu təsdiqləyib. GünAZTV-nin xəbərinə görə, yazıda inanılmaz şəkildə iddia olunub ki, Ankara prokurorluğu azərilərin kimliyini İran kimliyi kimi tanıyıb. Yazıda GünAz TV-nin ünvanına kobud təhqirlər də yer alıb. Həmin sayt bu cəfəngiyatı “Sultan news” və həmçinin “Haber Türk” qəzetinə istinadən yayıb ki, Ankara prokurorluğu keçən günlərdə Məhbub Əmrahinin “Muhteşem Yüzyıl” serialı ilə bağlı şikayətinə cavab verib. Cavab “Haber türk”  qəzetində də yayılıb, lakin “Tabnak”da iddia olunan cəfəngiyatla heç bir əlaqəsi yoxdur və tamamilə başqa məzmundadır. M.Əmrahinin Facebook profilində paylaşdığı məlumatda bildirilir ki, serial reytinq qazanmaq üçün çəkildiyindən və sənədli film olmadığından şikayətə baxılmaması qərara alınıb. Qərar Cümhuriyyət prokuroru Kurşad Kayral tərəfindən verilib. Qərarda deyilir ki, “Muhteşem Yüzyıl” Qara Murad, Tarkan, Malqoçoğlu kimi reytinq məqsədilə çəkilən seriallardan biridir.
Xatırladaq ki, əsasən İranın dövlət mövqeyini sərgiləyən, İslam Cümhuriyyəti rejiminə yaxın bağlılığı ilə məşhur olan “Tabnak” saytı Azərbaycan və türk mənafeyinə qarşı xüsusi canfəşanlıq göstərən kütləvi informasiya vasitələrindən biridir və həmin saytda bu kimi yazılara geniş yer verilir.
Maraqlısı budur ki, Şah İsmayıl Xətainin qurduğu Azərbaycan dövlətinə həm fars şovinistləri, həm də kürd separatçıları iddia irəli sürür. Belə ki,  İraqın Kürdüstan vilayətinin lideri Məsud Barzani öz yeni il mesajında 1514-cü ildə Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında baş verən Çaldıran döyüşündən bəhs edib. O, qızıl-qırmızı şəkildə iddia edib ki, Səfəvi dövlətinin başçısı Şah İsmayılla Osmanlı sultanı Yavuz Səlim arasında 500 il əvvəl baş verən döyüş kürdlərin dövlətçiliyinin əldən getməsinə səbəb olub.
 

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR