İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimiz Bolqarıstana qarşı - VİDEO yenilənir

1025 25.03.2024 21:33 İdman A A

Azərbaycan yığması Bakıda təşkil olunan “FİFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

Musavat.com xəbər verir ki, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

***

“FIFA series–Edition 2024” layihəsində üz-üzə gələcək Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.

***

Azərbaycan - Bolqarıstan matçı start götürdü.

***

Krastev 59-cu dəqiqədə Bolqarıstanı hesabda irəli çıxardı: 0-1.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR