İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuranın mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiqlərə start verildi – sensasion məlumat  

11176 19.04.2017 17:09 Gündəm A A

Milli Şuranın 8 aprel mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında ən kəskin addımlardan ibarət, bir cəza paketi hazırlanır

Musavat.com-un məlumatlı qaynaqlardan əldə etdiyi bilgiyə görə, Milli Şuranın 9 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və foto görüntülərə alınıb.

Məlumatlı mənbə deyir ki, hazırda həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup tərəfindən gərgin iş aparılır. İştirakçıların şəxsiyyəti bir-bir müəyyənləşdirilir və onların hər birinə uyğun olan cəza tədbirləri düzənlənir.

Məsələn, tələbələrin universitetdən qovulması, kiçik biznes adamlarının əllərindən bizneslərinin alınması, büdcə təşkilatında çalışanların işdən çıxarılmasına qədər, ən kəskin addımlardan ibarət, bir cəza paketi hazırlanır. Mənbəmiz iddia edir ki, proses aktiv şəkildə gedir və qısa zaman zərfində nəticələr ictimaiyyətə də bəlli olacaq.

Bunun hansı məqsədlə edilməsi barədə musavat.com-a xüsusi açıqlama verilməyib. Lakin ehtimal olunur ki, onsuz da az sayda olan müxalifət fəallarının və onlara qoşulan narazı elektorat təmsilçilərinin gözləri qorxudulsun, müxalifətin ictimai dəstəyi, etiraz aksiyaları ilə mövcudluğunu bildirmə imkanları sıfırlansın.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR