İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsum körpələrin canına daraşan viruslar

1471 02.06.2022 08:00 KİVDF layihələri A A

Dünyada uşaqlar ən çox hansı xəstəliklərdən əziyyət çəkir?

Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il mayın 20-nə olan məlumatına görə, dünyanın 33 ölkəsində uşaqlarda mənşəyi məlum olmayan 566 hepatit hadisəsi qeydə alınıb. Təşkilatın məlumatına görə, ən çox yoluxma Böyük Britaniya (197) və ABŞ-da (180) baş verib.

Rospotrebnadzorun son məlumatlarına görə, Rusiyada mənşəyi məlum olmayan kəskin hepatit halları müəyyən edilməyib. Mayın əvvəlində CNBC Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə istinadən bildirib ki, amerikalı həkimlər uşaqlarda mənşəyi naməlum kəskin hepatitin 109 hadisəsini müəyyən ediblər. Bundan əvvəl məlum olub ki, Portuqaliyada mənşəyi naməlum hepatitə şübhəli dörd hal aşkarlanıb.

Ölkədəki uşaqların 5 faizində xəstəlik aşkarlanıb

Ölkədə uşaq əhalisinin 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb.

İcbari dispanserizasiyanın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq, kompleks müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır. Region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub.

İlk Xeber - Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri açıqlanıb

“Azərbaycanda uşaqların icbari dispanserizasiyası haqqında” Qanun 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə edir. Yeni doğulan və 3 yaşına qədər uşaqlar ildə bir necə dəfə, 3 yaşından böyük uşaqlar isə il ərzində kompleks müayinələrə cəlb olunurlar.

Qan xəstəsi, sinir xəstəsi, onkologiya xəstəsi olan uşaqlar var

Bir neçə il öncə keçirilən icbari dispanserizasiya zamanı nozologiyalar üzrə bölünmədə 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri, 5 039 uşaqda qan və qanyaradıcı orqanların xəstəlikləri, 3121 uşaqda mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2687 uşaqda endokrin sistemi xəstəlikləri, 2617 uşaqda həzm sistemi xəstəlikləri, 2452 uşaqda göz və göz aparatının xəstəlikləri, 1954 uşaqda ürək qan-damar sistemi xəstəlikləri, 1386 uşaqda dayaq-hərəkət sistemi xəstəlikləri, 931 uşaqda sidik-cinsiyyət sistemi xəstəlikləri, 722 uşaqda dəri və dərialtı toxumanın xəstəlikləri, 134 uşaqda psixi və davranış pozuntuları, 53 uşaqda onkoloji xəstəliklər aşkar olunub.

Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında onlarda immunitet möhkəmlənir, orqanizm sağlamlaşır. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Payızın gəlişinə xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Buna görə də həmin məsələyə çox diqqətli yanaşmaq lazımdır.

Uşaqların yaxasını buraxmayan bəla -  infeksion xəstəliklər

Amma infeksion xəstəlikləri də yaddan çıxarmaq olmaz. İnfeksion xəstəliklərə qarşı peyvəndlər son illər bütün dünyada uşaq ölümünü kəskin azaldıb. Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir. Azərbaycanın milli peyvənd təqviminə uyğun olaraq uşağa ilk peyvənd doğulan kimi vurulmalıdır.

Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı peyvəndlərin siyahısı ilə tanış olaq.

Qızılca kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstə insandır. baş verir.

Məxmərək yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri- ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı, boyunarxası limfa düyünlərinin böyüməsi, səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar baş verir.

Epidemik parotit yoluxucu xəstəlikdir. Xəstəliyin əlaməti qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Difteriya hava-damcı yolu ilə yayılır. Xəstəliyin infeksiya mənbəyi xəstələr və yoluxucu bakteriyalardır.

Tetanus xəstəliyini törədən bakteriyalardır. Tetanus insandan insana keçmir. İnsan tetanusa yara və yaxud kəsik səthinə torpaq zərrələrinin daxil olduğu zaman yoluxa bilər.

Hepatit B xəstəliyinin törədicisi hepatit virusudur. Bu infeksiya qaraciyəri zədələyir, kəskin və xronik hepatiti törədir. Daha ağır hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya qeyri-steril infeksiya və ya əməliyyyat zamanı, yoxlanılmamış qanköçürmə ilə yoluxa bilər. Uşaqda bu infeksiya əlamətsiz keçir, yoluxmuş uşaqlar daha çox xroniki daşıyıcı olur.

Difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən qorunmanın ən effektv üsulu vaksinasiyadır.

Nitq geriliyi - təkuşaqlı ailələrdə daha çox olur

Uşaqlarda özünü göstərən başqa bir hal isə nitq geriliyidir. Nitq geriliyinin başlıca səbəblərindən biri stimulun olmamasıdır. Bu, xüsusilə biruşaqlı ailələrə aiddir. Eyni zamanda telefon, televizor və s. bu kimi elektron cihazlar uşağın danışmaq bacarığını stimullaşdırmır. Lakin nitq pozğunluğunun digər səbəbləri anatomik və nevroloji problemlərlə əlaqəli də ola bilər. Stimullaşdırıcı üsulları artırmağa ehtiyac var. Məsələn, uşağı bağçaya göndərdiyimiz və elektron cihazları uzaqlaşdırdığımız zaman nitq bərpa olmağa başlayır.

Uşaqların nitq geriliyi bəzən valideynləri şübhəyə salır, autizm qorxusu oyandırır. Biz uşaqların zehni inkişafını testlə ölçürük. Burada 4 parametr var: şəxsi, sosial və dil bacarıqları. Uşağı nəzarətdə saxlamaq üçün bu testi 3-4 ay fasilələrlə təkrarlayırıq.

 Sevinc TELMANQIZI

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR