İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur yazıçı Yuval Harari Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin qonağı olacaq

622 08.08.2023 17:38 Mədəniyyət A A

Məşhur yazıçı, tarixçi, professor Yuval Noah Harari 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı olacaq.
Y.Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi”, “Homo Deus: Sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” və “Bizi dayandırmaq olmaz” kitablarının müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə ilə satılıb.

“Kosmosa şans verək” futuristik mövzusuna həsr olunmuş Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində dünya səviyyəsində tanınmış professor Yuval Noah Hararinin qonaq olması bizi çox sevindirir”, – deyə Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

47 yaşlı filosof Y.Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələrinin diqqət mərkəzində süni intellektin sürətli inkişafı və onun cəmiyyət üçün potensial təsirləri, son tədqiqatları isə makro-tarixi “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha xoşbəxt oldularmı?”, “21-ci əsrdə elm və texnologiya hansı sualları gündəmə gətirir?” sualları ətrafındadır.

Qeyd edək ki, oktyabrın 2-də qlobal kosmos ictimaiyyəti 50 ildən sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresində bir araya gələcək. Bakı Konqres Mərkəzində keçiriləcək konqresin açılış mərasimində Azərbaycanın unikal mədəniyyəti və irsi nümayiş etdiriləcək, eyni zamanda kosmik inkişafın imkanları və çağırışları diqqətdə saxlanılacaq.

Beynəlxalq Astronavtika Konqresinə qeydiyyatdan keçməklə professor Yuval Noah Harari ilə yeni eranın gəlişi haqqında müzakirələrdə iştirak etmək mümkündür.

Y. N. Harari Static (1).jpg (249 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR