İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏHƏRRƏMLİK AYI GİRDİ

3539 30.12.2008 09:07 Mənəviyyat A A
Bu mərasim şiələr tərəfindən qeyd edilir, bu qətli şiələr əhli-beytə (əhli-beyt deyildikdə Məhəmməd peyğməbər (s.), İmam Əli (ə.s.), xanım Fatmeyi Zəhra (ə.s.), İmam Həsən (ə.s.) və İmam Hüseyn (ə.s.) başa dşülür) hörmətsizlik, peyğəmbərin tapşırdığı iki əmanətdən birinə xəyanət sayırlar. 680-ci il oktyabrın 10-da İraqın Kufə ərazisində İmam Hüseyn 72 yaxın tərəfdarı ilə birgə qətlə yetirilib və yalnız bundan sonra qətliam olan bölgəyə Kərbübəla (bəlalı yer) adı verilib. Həmin vaxtdan bu yana əhli-beyt sevərlər bu hadisənin şəninə şəbihlər yaradıblar, bu hadisələri təsvir edən rövzələr oxunur, mərsiyələr, növhələr, sinəzənlər deyilir.
İmam Hüseynin qətlilə bağlı daha bir məsələ məhərrəm və səfər aylarında şənliklərin olmamasıdır. Məhərrəm ayının 10-cu günündə İmam Hüseyn qətlə yetirilib, bu hesabla imamın qətlinin 40-cı günü səfər ayının 20-ci gününə təsadüf edir, səfər ayından qalan 10 gün də bu matəmə görə şadlıq günləri sayılmır. Odur ki, şiələr şənlik tədbirlərinə səfər ayı çıxdıqdan sonra başlayırlar.
Xatırladaq ki, bu il Məhərrəm ayı dekabrın 29-dan başlanır, aşura yanvar ayının 7-nə təsadüf edir,  “ağır aylar” sayılan  məhərrəm və səfər ayları martın 1-2-də başa çatır.
Onu da bildirək ki, məhərrəm-səfər əyyamının yetişməsi ilə əlaqədar İçərişəhər “Cümə” məscidinin dini icması ilə bağlı fəaliyyət planını açıqlayıb. Dini icmanın rəhbəri Hacı İlqar İbrahimoğlu ÿbildirib ki, məhərrəm və səfər ayları ərzində (2008-ci ilin dekabrın sonundan 2009-cu ilin fevralın sonunadək) seminarların, dəyirmi masa və konfransların keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu tədbirlərdə əsas etibarilə fədakarlıq, şücaət, ixlas, prinsipiallıq, sədaqət, rəhmlilik, şəfqət, dönməzlik, sınaqlar qarşısında səbir və təmkin, qəhrəmanlıq, yenilməzlik kimi keyfiyyətlərin Kərbəla məktəbi prizmasından açılışını vermək nəzərdə tutulur.
ÿÿÿÿ Ayın fəlsəfəsinə uyğun olaraq, insanlığa xidmət məqsədilə uşaqlara qanvermə kampaniyasının keçirilməsi də planlaşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR