Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.
Məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.
Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunur.//APA