Türkiyədə PKK-nın qaçırdığı jurnalistlər sərbəst buraxılıblar - YENİLƏNİB
PKK qaçırdığı 3 jurnalisti sərbəst buraxıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat DHA agentliyində yer alıb.
Məlumata görə, Mardinin Nusaybin bölgəsində cümə günü PKK-lı terrorçular tərəfindən qaçırılan Anadolu Agentliyinin (AA) müxbirləri Rauf Maltaş, kameraçl Kənan Yeşilyurd və fotomüxbir Onur Çoban artıq sərbəst buraxılıblar.
Qeyd edək ki, Bölgədə PKK-dan icazə almadan çəkiliş etdikləri səbəbi ilə fotoaparat və kameraları əllərindən alınan jurnalistlər gizli bir yerdə saxlanılırdılar.
Qaçırılan jurnalistlər Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən, Suriya kimi ölkələrlə yanaşı, Tükiyənin daxili savaşında da öz vəzifələrini yerini yetiriblər.
Aygün SƏFƏRLİ,
Musavat.com
.........
14:45
Türkiyədə terrorçular üç jurnalisti qaçırıblar.
Musavat.com Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Türkiyənin Anadolu Agentliyinin (AA) üç jurnalisti PKK tərəfindən qaçırılıb.
Məlumata görə, savaş müxbirliyi təhsili alan Rauf Maltaş, fotomüxbir Onur Çoban və kameraçı Kənan Yeşilyurd bir həftə əvvəl Mardinin Nusaybin bölgəsinə ezam olunmuşdular.
Bir müddət hadisələrdən xəbər verən jurnalistlər, dünən Yenişəhər məhəlləsində PKK tərəfindən qaçırılıblar.
Bölgədə PKK-dan icazə almadan çəkiliş etdikləri səbəbi ilə fotoaparat və kameraları əllərindən alınan jurnalistlər gizli bir yerdə saxlanılırlar.
48 saatdır ki, barələrində heç bir xəbər alınmayan jurnalistlər Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən, Suriya kimi ölkələrlə yanaşı, Tükiyənin daxili savaşında da vəzifə borclarını layiqincə yerini yetiriblər.
Aygün SƏFƏRLİ,
Musavat.com






