İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com-un əməkdaşı və daha 3 jurnalist azadlığa buraxıldı - FOTOLAR

4064 06.05.2014 16:37 Media A A
Musavat.com-un 22-ci polis bölməsinin qarşısında olan əməkdaşı bildirib ki,  əməkdaşımız Məhəmməd Türkmən də daxil olmaqla, daha 3 jurnalist azadlığa buraxılıb. 

Bunlar aşağıdakılardır: Məhəmməd Türkmən ("Yeni Müsavat" qəzeti və musavat.com saytı), Amid Süleymanov (Mediaforum.az saytı), Mehdi Fərəc (Dəyərlər.org saytı), Sarvan Abduləzimov (BakuNews.tv).

Musavat.com aydınlaşdırıb ki, öz peşə fəaliyyətini icra edərkən saxlanan jurnalistlərin azad edilməsi üçün Mətbuat Şurasının sədri Əflatun Amaşov Daxili İşlər Nazirliyinə müraciət edib. 

Musavat.com-la söhbətində Ə. Amaşov bu faktı təsdiqlədi. 

O, dedi ki, DİN-dən bildiriblər ki, polis şöbələrində saxlanan jurnalistlərin hamısı azadlığa çıxıb. 

Əməkdaşımız Cavanşır Abbaslı musavat.com-a deyib ki, hazırda Səbayel rayonu, 22-ci polis bölməsinin qarşısında həbsəalınanlar üçün gəlmiş xeyli sayda fəal var. Mətnin sonunda müxbirimizin bölmənin qarşısından yolladığı şəkilləri yerləşdiririk. 
 

*****
14:31

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” vətəndaş hərəkatının üzvlərinə hökm oxunduqdan sonra başlayan aksiyanın iştirakçıları kütləvi şəkildə həbs edilib. Saxlanılanlar arasında jurnalistlər də var. Musavat.com-un əməkdaşı Məhəmməd Türkmən də saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından canlı yayımda da göründü ki, əməkdaşımız polis avtobusuna mindirilib. Onun jurnalist vəsiqəsi göstərməsinə də məhəl qoyulmur.

Əməkdaşımızın hara aparıldığı hələlik məlum deyil.

Toğrul İSMAYIL

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR