İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekstremal jurnalistika üzrə təlimlərdə iştirak edənlər təltif olundu - FOTOLAR

857 17.09.2016 12:58 Media A A
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubunda Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün "Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri" ilə bağlı tədbir keçirilib.

Musavat.com məlumatına görə, tədbirdə "Dinc Dünya" Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev çıxış edib.

O, çıxışında təlimdə iştirak edən hərbi sahədə yazan jurnalistlərin keyfiyyətli biliklərə yiyələndiklərindən danışıb.

Daha sonra Beynəlxaq Avrasiya Fondunun rəhbəri Ümid Mirzəyev, Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının müdri Həmid Mirzəyev, Müdafiə Nazirliyinin zabiti Nizami Əliyev və digər qonaqlar iştirak edib, təlimin üstünlüklərindən söz salıblar.

Tədbirin sonunda təlimdə iştirak edən hərbi sahədə yazan jurnalistlər diplomla təltif edilib. Onların arasında "Yeni Müsavat" qəzetinin əməkdaşı Məhəmməd Türkmən də olub. 

Qeyd edək ki, iyulun 24-dən avqustun 14-dək keçirilən təlim tədbirini "Dinc Dünya" Araşdırma Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Tədbirə Azərbaycan Müdafiə Nazirliyidəstək verib.

Layihə Azərbaycan Prezidentinin 24 sentyabr 2014-cü ildə verdiyi "Cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri" barədə sərəncamına əsasən təşkil olunub.

Tədbirdə təhlükəli zonada işləmək peşəsi seçmiş jurnalistlərə hərbi hissənin gündəlik xidmət rejimi, hərbi təlm anlayışı, əsgərin döyüş hazırlığı dərsləri, hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri, tabelikdə olanların (komandir-əsgər), tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri, nizamnamədənkənar davranışlar, mənfi liderlik anlayışı, və s. cinayət olaylarının səbəbləri mövzusunda təlim-mühazirələr aparılıb.                         
                         

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR