İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edib  FOTO

654 08.12.2023 14:55 Mədəniyyət A A

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir, sakinlərin problem və təklifləri dinlənilir.

Musavat.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.

Vətəndaşların qəbulundan öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR