MAŞINLARA 13 SERİYALI NÖMRƏLƏR NİYƏ VERİLMİR?

“Elə insanlar var ki, toya gedəndə 13-cü masada əyləşmək istəmir. Elə insanlar da var ki, belə məqamlara əhəmiyyət vermir. Əlbəttə, sıra ilə gələndə 13 rəqəmli seriya hansısa bir rayona düşə və o rayonun sakinləri arasında narazılıqlar da ola bilərdi. Qeyd etdiyim kimi, 13 rəqəmi ilə bağlı əhali arasında müxtəlif fikirlər var. Dövlət Yol Polisi İdarəsi tərəfindən əhalinin bu fikirlərini nəzərə alaraq 13 rəqəmi ilə başlayan nömrə nişanlar verilmir” - deyə K.Əliyev bildirib.
Qeyd edək ki, həqiqətən də əhali arasında bu rəqəmlə bağlı müxtəlif fikirlər var. Belə ki, hər ayın 13-də insanların bir sıra planlarını məhz 13 rəqəmini nəhs adlandıraraq təxirə salması halları da olur. Amma əksər insanlar arasında “Allah bilən məsləhətdir” deyib 13 rəqəmi ilə digər rəqəmlərə fərq qoymayanlar da olur.
İnternetdə apardığımız araşdırma zamanı 13 rəqəmi ilə bağlı maraqlı məlumatlar əldə etdik. Belə ki, 13 rəqəminə qarşı qorxu “triskedatobiey” adlanır. Bu söz yunan sözü “treiskaideka”dan əmələ gəlib. Tərcümədə “On üç və vahimə” deməkdir. Orta əsrlərdə bu rəqəmi dilə gətirmək qadağan edilibmiş. Deyilənlərə görə, hər ayın 13-də cadugərlər bir yerə yığışırmış (toplantıda 12 cadugər olurdu, 13-cü isə İblis idi). 13 qonaq gizlin gecədə masa arxasında iştirak etdikdən daha sonra İsa peyğəmbər ələ keçirilib, cümə günü isə çarmıxa çəkilib. Maraqlıdır ki, bir çox hotellərdə 13 rəqəmli otağı digər rəqəmlə nömrələyirlər.
Müxtəlif aviaşirkətlərdə 13 nömrəli reyslər olmur. Amerikada çox vaxt göydələnləri tikərkən 12-ci mərtəbədən sonra 14-cü mərtəbə tikilməyə başlayır, gəmilərdə isə heç vaxt 13-cü kayut olmur. “Formula-1" yarışmasında bir ədəd də olsun 13 rəqəmli avtomobil yoxdur.
Bundan başqa, 13 rəqəmi bədbəxtlik simvolu hesab olunsa da alimlər həmin gün baş verən bədbəxt hadisələrin və faciələrin bu rəqəmlə heç bir əlaqəsinin olmadığını bildirirlər. Onların fikrincə, bu inamın özü uğursuzluğa səbəb olur. Almaniyada keçirilən sorğuya əsasən, almanların əksəriyyəti təqvimdə həmin gündən qorxur. Hansı ayda olmasından asılı olmayaraq, ayın 13-ü hamı özünü pis hiss edir, hipertoniklərdə təzyiq qalxır, xəstəxanalara həmin gün daha çox xəstə gəlir. Heç bir sağlam düşüncəli amerikalı işgüzar görüşü saat 13-ə, xüsusilə də ayın 13-nə təyin etmir. Bu faciəli rəqəmin hadisələrin gedişinə mənfi təsir etməsinə inam həm də onunla bağlıdır ki, bu gün hansısa fövqəltəbii şəkildə kəskin ictimai münaqişələr, təbii fəlakətlər, qəza və fəlakətlər baş verir.