İnsanlara hürriyət, millətlərə istiqlal!

“Marvel”in çəkiliş meydançasında faciə - FOTO

1127 08.02.2024 03:47 Mədəniyyət A A

“Marvel”in “Wonder Man” serialının çəkiliş meydançasında faciə baş verib. Belə ki, çəkiliş komandasının üzvlərindən biri həlak olub.

Bu barədə şirkətin nümayəndələri xəbər veriblər.

Məlumata görə, 41 yaşlı Xuan Karlos Osario dekorasiyanın hazırlanması zamanı platformadan yıxılıb.

Hadisənin başvermə şəraiti araşdırılır. 

wonder-man-yahya-abdul-mateen-ii-marvel-mcu.jpg (37 KB)

Qeyd edək ki, “Wonder Man” “Toni Stark”ın rəqibinin oğlu “Saymon Uilyams”a həsr olunub. Komikslərdə “Uillyams” baron “Zemo” ilə birləşir, inanılmaz güc qazanır və əvvəlcə qisasçılara qarşı vuruşur, lakin sonradan onların tərəfinə keçir. Filmin adaptasiyasının süjeti haqqında hələ ki, məlumat yoxdur.

“Uilyams” rolunu II Yəhya Abdul-Matin (“The Matrix: Resurrection”, “Aquamen”) oynayacaq.


Serial üzərində “Shang-Chi and the Legend of the Ten Rings”nin rejissoru Destin Daniel Kretton və “Brooklyn Nine-Nine” ssenaristi Endryu Hess işləyir.

“Wonder Man”ın çəkilişlərinin martda başlaması planlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR