İnsanlara hürriyət, millətlərə istiqlal!

Mart soyqırımı - bütün azərbaycanlıların qan yaddaşı

492 02.04.2024 10:55 Media A A

Deputat: “Azərbayançılıq ideologiyası bu məsələdə istəyimizə nail olmaq üçün ən böyük ideoloji xətdir”

31 mart Azərbaycanlıların soyqırımından 106 il keçdi. Bu tarix Azərbaycan xalqı, bütün Azərbaycan vətəndaşları tərəfindən kədər və hüzn ilə qeyd olunan bir gündür. Ulu öndər Heydər Əliyevin vermiş olduğu qərarla 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anım tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

31 mart azərbaycanlıların soyqırımı günü etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının qan yaddaşına hək olunmuş tarixdir. 1918-ci ilin martında erməni daşnaklar Bakıda, Qubada və ölkəmizin digər bölgələrində əhaliyə qarşı amansız soyqırımı həyata keçirərkən təkcə Azərbaycan türklərini deyil, digər millətlərdən olan Azərbaycan vətəndaşlarını da qətlə yetirirdilər. Ona görə də 31 mart bütün Azərbaycan vətəndaşlarının qan yaddaşına hopub. Hər bir Azərbaycan vətəndaşı və hər bir azərbaycanlı bu soyqırımın tanıdılması üçün əlindən gələni etməlidir.

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbayançılıq ideologiyası bu məsələdə istəyimizə nail olmaq üçün ən böyük ideoloji xətdir. Özünü Azərbaycançı sayan hər bir şəxs 31 mart soyqırımını məhz özünün ermənilər tərəfindən hədəfə alınması kimi qəbul edir: “Ulu Öndərin 2002-ci ildə 31 mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətində deyilirdi ki, Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası heyrət və qəzəb doğurmaya bilmir, 31 mart soyqırımı da ermənilərin “böyük Ermənistan” xülyasın həyata keçirilməsi planının tərkib hissəsi idi.

Soyqırımı və deportasiya siyasəti xalqımız üçün iqtisadi, siyasi, maddi və mənəvi planda ağır nəticələr vermişi. İki yüz ilə yaxın davam edən bu bədnam siyasət və məqsədyönlü fəaliyyət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qoşunlar tərəfindən qəsb edilmiş, on minlərlə soydaşımız əzab-əziyyətlə öldürülmüş, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri vəhşicəsinə məhv edilmişdir. İki milyona yaxın azərbaycanlı soyqırımı siyasətinin və praktikasının ağır nəticələrini bu və ya başqa şəkildə öz taleyində hiss etmişdir.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində yalnız son 30 ildə dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülüb.

Lakin bu sahədə hələ qarşıda görüləsi işlərimiz çoxdur. Azərbaycan dövləti, ictimaiyyəti, xaricdəki Azərbaycan icmaları üzərinə böyük, məsuliyyətli vəzifələr düşür. Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir. Bu məsələdə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir olmalı, eyni mövqedən çıxış etməlidirlər. Bunun üçün dünya bütün Azərbaycan xalqının birliyi, vahid ideologiya əsasında hərəkət eməsi labüddür.

Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın Vətənidir.

Müstəqil Azərbaycan bütün azərbaycanlıların, burada yaşayan bütün vətəndaşların vətənidir. Bizim bir vətənimiz var-Azərbaycan. Bizim ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi”.

Deputat qeyd etdi ki, Azərbaycanlı olması ilə həmişə fəxr edən və sözün həqiqi mənasında zəmanəmizin böyük azərbaycanlısı olan Heydər Əliyevin müdrik sözləri azırbaycanlı üçün, hər bir Azərbaycan vətəndaşı üçün istiqamətdir: “Ulu öndər deyirdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.

Bu gün dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli milli bayrağımız altında fəaliyyət göstərir. Heydər Əliyev ideyaları birlik simvoluna çevrilib.

Zamanın üzərimizə qoyduğu daha bir tarixi missiya tarixən bizə qarşı həyata keçirilmiş soyqırım aktlarını dünyaya tanıtmaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət torpaqlarımızın azad edilməsi ilə nəticələndiyi kimi, gec-tez 31 mart soyqırımı, Xocalı soyqırımı və xalqımıza qarşı həyata keçirilmiş digər soyqırım aktları ilə bağlı da istədiyimiz ədalətli nəticəni təmin edəcək”.

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR