İnsanlara hürriyət, millətlərə istiqlal!

Rahid Əmirquliyev: "Getməyə məcburam"

1156 20.12.2015 23:45 Maraqlı A A

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "İnter"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavalandırıb.

R. Əmirquliyev qol.az-a müsahibəsində transfer məsələlərindən və gələcək karyerasından danışıb.

- Mətbuatda artıq "Qarabağ"la müqavilə imzalamağınla bağlı xəbərlər yayılır.

- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Amma hələ heç nə rəsmiləşməyib. Sadəcə danışıqlar olub.
 
- Razılıq əldə olunub?

- Razılaşmaqla rəsmi müqavilə imzalamaq ayrı-ayrı şeylərdir. Biz rəsmi müqavilə imzalamamışıq.
 
- Amma çox ehtimal ki, yeni klubun "Qarabağ" olacaq.

- Ola bilər. Amma başqa variantlar da var. Sabah bütün suallar cavabını tapacaq.
 
- Sənin çıxış edəcəyin mövqedə 4 futbolçu "Qarabağ"da var. Belə olan halda sənin üçün "Qarabağ"a keçməyin daha vacib idi, yoxsa rahat şəkildə əsas  heyətinə düşə biləcəyin "Qəbələ"yə?

- "Qarabağ"da yaxşı futbolçular yer alıb. Orda əsas heyətə düşmək üçün güclü rəqabət var. Əgər "Qarabağ" variantı alınsa, çalışacam özümü sübut edim və əsas heyətə düşə bilim.
 
- Anlaşmanın müddəti iki il yarım olacaq?

- Sabah bilinəcək. Çünki dekabrın 30-a qədər "Xəzər Lənkəran"ın futbolçusu hesab edilirəm.
 
- Bir ara Xorvatiyanın "Rijeka" klubu ilə də adın hallanırdı. Bu klubdan rəsmi təklif almışdın?


- Təklif almışdım. Amma heç bir klubla danışıq aparmadım. Çünki üstünlüyü Azərbaycanda qalmağa verdim.

- Xaricə getməməyinin səbəbi nə idi? Bu günə qədər heç bir futbolçumuzun əcnəbi klublarda özünü doğrulda bilməməsi səni qorxutmadı?

-  Xaricə getməməyim ailə məsələləri ilə bağlıdır. Çünki bəzi problemlərim var.
 
- Gəmini sonuncu tərk edən kapitan olur. Bu gün kapitanın ayrılmaq haqda qərar verməyi gəminin batmasına işarədir?

- Mənə də ağır gəlir. "Xəzər Lənkəran"nı bu vəziyyətdə qoyub getmək istəməzdim. Amma belə alındı. Məcbur getməliyəm. Başqa variant yoxdur.
 
- Qış fasiləsi zamanı transferlərin olacağı bildirilirdi. Sənin gedişin bu deyilənlərin boş vəd olduğu anlamına gəlmir?

- Bu suala rəhbərlik cavab versə, daha yaxşı olar. Amma Lənkəran azarkeşləri bu cür vəziyyətə layiq deyil. Komanda yarandığı gündən çempionluq uğrunda yarışıb. Bu cür çıxış etməkdənsə, oynamamaq daha yaxşı olardı.
 
- Amma azarkeşlərin səni Lənkarandan qəhrəman kimi yola salır.

- Hər zaman çalışmışam ki, geyindiyim formanın haqqını verim. Azarkeşlərimizə təşəkkür edirəm ki, məni dəstəkləyirlər.  Yaxşı günümüzdə olduğu kimi, çətin anlarımızda da bizi yalnız buraxmadılar. Nəsə demək çətindir...
 
- Tək azarkeşlər yox idman mətbuatımız da bu il səni dəstəklədi və ilin ən yaxşı futbolçusu seçdilər.

- Səs verənlərə təşəkkür edirəm. Çalışacam, daim belə davam edim və hər zaman xoş sözlər eşidim.

- Amma mükafatını almağa gəlməmişdin.

- Mənə 2 gün qalmış məlumat verdilər. Ona görə gəlməyim heç cürə mümkün olmadı.Üzrlü hesab edin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR