İnsanlara hürriyət, millətlərə istiqlal!

Halalgoogling-əyə münasibət birmənalı deyil

907 17.07.2013 09:45 Maraqlı A A
Halalgoogling adlı axtarış sistemi müxtəlif qaynaqlardan topladığı məlumatları yığır və filtrdən keçirərək müsəlmanlığa uyğun olmayan məlumatları silir. Bütün dünyadakı müsəlmanlara, İslam qaydalarına görə, qadağan məzmundan təmizlənmiş “halal nəticələr” təqdim edən axtarış mühərriki halalgoogling, istifadəçilərin axtardıqları məzmunu google və bing kimi məşhur internet axtarış mühərriklərinin qaynaqlarından yığır. Daxili filtrlər sayəsində, istifadəçilərin “haram məzmunu” görməsinin qarşısını alır. Saytın qurucusu dünyadakı 1,5 milyard müsəlman üçün belə bir sayta ehtiyac olduğunu, axtarış sisteminin müsəlmanları haram məlumatlar və görüntülərdən qoruduğunu bildirib. 
Qeyd edək ki, Halalgoogling ilk “halal” sayt deyil. Daha əvvəl də imhalal.com və halalsearch kimi axtarış sistemləri açılmışdı. 
Dini ekspert Kənan Rövşənoğlu müsəlman ölkələrində internetə fərqli münasibət olduğunu bildirdi: “İnternet çıxandan bəri müsəlman dövlətləri arasında fərqli münasibət vardı. Məsələn, İranda internet filtrdən keçirilirdi. Burada açıq-saçıq şəkillər, videolar, hökumətin istəmədiyi saytlar görünmürdü. Google-nin filtrdən keçirilməsi ilə bağlı ilk dəfə təşəbbüs Pakistan tərəfindən gəlmişdi”.
İlahiyyatçı Elşad Miriyə görə, əgər bunu google-dən əvvəl müsəlmanlar başlatmış olsaydı, daha təsirli olardı: “İndi Google-nin adından istifadə edib qabağına halal yapışdırmağın nəticəsi necə olacaq bilmirəm. Bu absurd bir şeydir. Təsəvvür edin, sabah da halalfacebook yaradırlar. Bu nə dərəcədə doğrudur?! Bunun əvəzinə başqa sayt yaradıb bəzi məsələləri insanlara orada təqdim etmək daha məntiqli və məqsədəuyğun olardı. Məsələn, yeni yaranmış halalgoogle google məhkəməyə verə bilər ki, google adını öz lehinə istifadə etməyə çalışır. Ona görə də bu düzgün deyil və mən buna pis baxıram".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR