İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksimdən Qurban Qurbanovla bağlı AÇIQLAMA: Heç vaxt qorxmamışam, amma...

796 01.04.2024 17:22 İdman A A

“Qurban Qurbanovdan heç vaxt qorxmamışam, ona çox hörmət edirəm”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev rus mətbuatına müsahibəsində deyib.

Futbolçu baş məşqçisi Qurban Qurbanovla münasibətindən danışıb: “Mən 2006-cı ildən “Qarabağ”da oynayıram. Qurban Qurbanov 2008-ci ildə gəldi. Demək olar ki, ilk addımlarımızı birlikdə atdıq, çünki o, məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız olub, amma biz həmişə bir yerdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab etmişəm. Bəzi problemlərim olanda həmişə onunla məsləhətləşmişəm”.(Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR