İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron bəlli, amma cənab Borel, sən axı, Baronessa Koks deyildin!

2327 24.09.2023 10:53 Yazarlar A A

Azərbaycanın bu, haqq mübarizəsi, Qarabağın işğalçılardan, terrorçu və separatçılardan təmizləməsi əməliyyatları nə qədər üzlər, sifətlər, mənfur niyyətləri ifşa etdi, sayı-hesabı yox. Nə qədər “mələk” libasına bürünənləri tanıdıq, çox da uzaqlara getməyəcək, elə son günlərin müşahidələri yetərlidir.

Ermənistanın “böyük bacısı” Makron Fransası bəllidir. 44 günlük müharibənin ilk günlərində Azərbaycanın “Dağlıq Qarabağı işğal etməsinə” (mövqeyə, münasibətə baxın e-E.P.) “imkan verməyəcəy”i barədə beynəlxalq hüquq bir yana qalsın, boy-buxununa yaraşmayan fransız prezident son 3 ildəki ömrünün böyük hissəsini də ö xalqına yox, qarşısında əsir-yesir qaldığı ermənilərə sərf elədi. Post müharibə dövründə sayca üçüncü dəfəki cəhdindən sonra bu həftə BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi müzakirəyə çıxarıldı. Amma elə yaxşı ki, çıxarıldı, növbəti dəfə idbar sifətləri, mənfur mövqeləri gördük. Bu, bizə dost-düşmənimizi ayırmaq, yadda saxlamaq üçün olduqca vacibdir, illər sonra növbəti dəfə kimlərinsə şirin dilinə, gülər üzünə aldanmayaq.

70a5c07b-308f-33f8-8893-d6a663f2 (1).jpg (80 KB)

Qardaş Türkiyə başda olmaqla Azərbaycanın haqq davasını birmənalı dəstəkləyən ölkələrə minnətdarıq. Ədalətli münasibət göstərən ölkələr ermənipərəst paytaxtların və liderlərin üzünə tərs şillə vurdular növbəti dəfə. Azərbaycanın baş diplomatı Ceyhun Bayramovun həm Qarabağla bağlı müzakirələrdə, həm də ondan sonrakı növbəti çıxışı zamanı əsaslı faktlarla Ermənistanı, onun himayədarlarını yerdən-yerə vurması, saxta iddiaları darmadağın etməsini məmnuniyyətlə izlədik. Bu müzakirələr, orda sərgilənən qətiyyətli mövqe Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması uğrunda mücadilə aparılması qədər önəmli idi və diplomatiyamız bunun öhdəsindən növbəti dəfə uğurla gəlməklə həm də Cümhuriyyət qurucularımızın ruhunu şad etdi. Düşmən BMT TŞ-də də uduzacağını anlayırdı. Elə Nikol Paşinyanın həmin ərəfədə Azərbaycana qarşı hər hansı iddia irəli sürməməyə çalışması da özünü sığortalamaq cəhdi idi. 24 günlük antiterror tədbirləri nəticəsində Paşinyanın Qarabağdakı ordu qalıqlarının qol-qanadı tamamilə sındırıldığı üçün Ermənistan rəhbərliyi geridönüşü mümkün saymırdı artıq. Elə sonuncu həftə boyunca Paşinyanın ayrı-ayrı paytaxtlara açdığı zənglərə verilən cavablar onda bu qənaəti yaratmışdı ki, artıq “sarsax” olmayacaq, öldü! Lakin Fransa başda olmaqla ermənipərəst çevrələr, bölgəyə hansısa ad altında soxulmaq istəyən paytaxtlar Ermənistanı növbəti dəfə revanş cəhdi göstərməyə vadar etdilər...Nəticə bəlli...

Fransanın iç üzü də bəllidir hər birimizə və vaxtaşırı Azərbaycandan layiq olduğu cavabı alır. Bu mərhələdə Avropa İttifaqının katalizator rolunu oynaması isə utanc gətirən hal kimi tarixə düşdü. Bu qurumun Ermənistana göndərdiyi “mülki missiya”nın tərkibinin əslində keçmiş hərbçilər, cəsus şəbəkəsindən ibarət olduğunu hər kəs bilir. Bu prosesin başında Fransanın olduğu da rəsmən açıqlanıb. Amma axı, nüfuzlu bir qurum niyə Fransanın ermənipərəstliyinin güdazına getsin, özünün imicini bir ovuc erməniyə, özü də işğalçı, terroçu siyasətə görə alt-üst eləsin?! Özü də bu qurum illər öncə, hələ işğal dönəmində Prezident səviyyəsində xəbərdar edilmişdi ki, rəsmi Bakının Aİ ilə əməkdaşlığının təməlində Azərbaycanın ərazi bütövlüyünə hörmət dayanacaq! Azərbaycan dövləti təkbaşına torpaqlarını işğaldan azad etdikdən sonra, terrorçu dəstələrin nəfəsini kəsməkdə ikən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin həyəcanı anlaşılan deyil. Sentyabrın ilk günlərində Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışmışdı. Eyni zamanda Ermənistan XİN başçısı ilə də...Sonradan belə bir açıqlama yaydı ki, C.Bayramovla görüşdə “Laçın dəhlizi dərhal açılmalıdır”-deyib. Bu, nə ermənipərəstlikdir belə və nəyin qarşılığında? Axı, Aİ rəhbərliyində təmsil olunan cənab Borel niyə özünü islamafob, Azərbaycan düşməni Baronessa Koks kimi aparsın ki? Bəlkə...Amma heç yaraşmadı! Utandırıcı faktdır! BMT TŞ-də Azərbaycana qarşı qətnamənin qəbulu mümkün olmadığı halda belə, Borelin xüsusi bəyanat yayması, işğaldan, terrordan, separatizmdən 4-cü onillikdir əziyyət çəkən ölkəmizi ittiham etməsi ümumən insani dəyərlərə tüpürməkdir! Axı, hələ 8 sentyabrdakı telefon danışığında Azərbaycan XİN başçısı Borelin nəzərinə çatdırmışdı ki, “bölgədə humanitar vəziyyət” barədə iddialar tam əsassızdır, erməni separatçıları hətta Ağdam-Xankəndi yolunda gözləyən 40 ton unla dolu yük maşınlarımızı qəbul etmirlər, Laçın-Xankəndi və Ağdam-Xankəndi yolunun paralel fəaliyyətinə qarşı çıxırlar. Borel bu məlumatlara istinad etmək əvəzin, yenə də qızışdırıcı mövqe tutdu və bir gün sonra Qarabağdakı xunta rejiminin özünə yeni qondarma “prezident“ seçməsinə stimul verdi.

separatciii.jpg (102 KB)

Bu mənada Qarabağdakı separatçı-terrorçu dəstələrin növbəti revanşının arxasında təkcə Ermənistan hakimiyyəti dayanmır, Laçın yolunda qoyulmuş sərhəd qapımızı sındırıb içəri keçmək məqsədilə şərti sərhədlərə TIR-lar yollayan Fransa başda olmaqla həm də Avropa İttifaqı daşıyır! Avropa İttifaqının müşahidəçiləri günlərlə teatra baxırmışlar kimi Laçın tərəfə boylandılar, erməniləri meymun kimi oynatdılar, qızışdırdılar, sonra da onları Azərbaycana qarşı alçaq terrora əl atmağa vadar etdilər. Bəli, Azərbaycanın yol çəkən əməkdaşlarına, günahsız insanlara, həmçinin polislərinə qarşı xain terror hücumunun arxasında həm də Borel kimi “ilana zəhər verən kərtənkələlər” dayanır! Ağdam-Xankəndi yolunun Əsgəran istiqamətinə beton sədlər düzən separatçıları qınamaq, Ağdamdan Xankəndiyədək uzanan yolu asfaltlayan Azərbaycanın mövqeyini təqdir etmək əvəzinə, onun birtərəfli qaydada çıxış eləyib “Laçın yolu dərhal açılmalıdır”-deməsi əslində xunta rejiminə ünvanlı kod işarəsi idi. Yəni “qorxmayın, arxanızdayıq, əlinizdən gələni edin!” Erməni canilər də etdilər və 10-dan çox insanımız terrorun qurbanı oldu, özü də çəkdiyimiz yolda! Borel yol bağlayan erməni caniləri yox, yol çəkən Azərbaycanı ittiham etdi, bu, beynəlxalq cinayətdir! Nə zamanda Haaqada ədalət məhkəməsi qurulacaqsa, erməni canilərlə yanaşı, Makron və Borel kimiləri də müttəvimlər kürsüsündə oturmalıdır, çünki onların fitvası ilə baş verdi sonrakı cinayətlər, terror hadisələri, Azərbaycan məhz onların Qarabağdakı terrorçuları qızışdırmasının nəticəsi olaraq şəhidlər verdi...

Azərbaycan bir günlük antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin nümayəndələrini Yevlaxda qəbul etdi, ardınca onların xahişini nəzərə alıb ərzaq, yanacaq yolladı Qarabağa...Borel bu addımları təqdir etməkdənsə...Eyni zamanda həm Laçın, həm Ağdam yolu ilə yüz tonlarla yük daşınır bu günlərdə Boreldən səs-soraq çıxmadı, təqdir olmadı, sanki başına qaynaq su ələnib. Belə görünür ona Laçın yolunun açılması yox, bağlanması lazım imiş, şivənini bol eləsin, ermənilərdən daha çox qopartsın deyə. Nensi Pelosi yaşında və missiyasında olan Aİ-li qoca...Görünür ermənilərin nənəsi olan Pelosidən sonra Borel də onların babası olmaq fikrinə düşüb. Əks təqdirdə hətta Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinin guya erməni sakinlərə qarşı aparıldığı barədə iddiaları 21 sentyabr tarixli əhaliyə müraciətində təkzib etdiyi halda, ermənipərəstlərin saxta göz yaşı axıtması səbəbsiz ola bilməz. Azərbaycan əsgəri erməni əsgərin yarasını bağlayır, ona çörək verir, görün Aİ-dən, Boreldən reaksiya varmı? İstəyirmişlər ki, Azərbaycan Xocalı soyqırımının əvəzinə çıxsınlar, qisas alsınlar dinc əhalidən, bunlar da “genosid” tamaşası hazırlasınlar. Keçmədi...

Azərbaycan-XIN-900x614 (1).jpg (91 KB)

Azərbaycan XİN cavabını kifayət qədər arqumenti şəkildə verib. “21 sentyabr tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır. Sözügedən İttifaqın Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın hərbi işğalı, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri qınamaqdan çəkinməsi ilə yanaşı, 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycana qarşı bu qərəzli yanaşmanı təhdidlərlə bəyanatlar səviyyəsinə qaldırmaqla, ölkəmizin bölgədə sülh və stabilliyin bərqərar olması ilə bağlı addımlarına heç vaxt dəstək göstərməməsi regionumuzun sabitliyinə hədədir”-bəyanatda deyilir. Anlayana kifayətdir.

Görün Avropadakı katalizatorlar özlərini nə qədər ifşa ediblər ki, damarlarında erməni qanı daşıyan Sergey Lavrov da onları ittiham edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR