İnsanlara hürriyət, millətlərə istiqlal!

London küçələrində samuray qılıncı ilə hücum - Yaralılar var - VİDEO

595 30.04.2024 15:50 Hadisə A A

Bu gün səhər saatlarında Londonun şərqində katana ( Yapon samuray qılıncı) ilə silahlanmış şəxs yoldan keçənlərə hücum edib.

BAKU.WS “Daily Mail”ə istinadən xəbər verir ki, beş nəfər yaralanıb.

Hadisə şahidlərinin dediyinə görə, onlar səhər saat 7-də qışqırıq səsinə oyanıblar. Küçədə adamların qaçdığını və sarı rəngli paltar geyinmiş “qan içində” bir adam görüblər.

Polis açıqlayıb ki, səhər tezdən bir şəxs avtomobilini evə çırpıb, oradan silahla çıxıb və şəhər əhalisinə və turistlərə hücum etməyə başlayıb. Fövqəladə hallar xidmətinin nümayəndələri dərhal hadisə yerinə gediblər.

İdarə iki polis əməkdaşının və üç mülki vətəndaşın yaralandığını bildirib. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Təhlükəsizlik qüvvələri hücumçunu saxlayıb. Hazırda hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR