İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın şəhəri günü tədbirləri çərçivəsində "Dəli Domrul" tamaşası nümayiş etdirilib

421 27.08.2023 15:18 Mədəniyyət A A

Avqustun 26-da Laçın şəhəri günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən "Dəli Domrul" tamaşası təqdim edilib.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, tamaşa Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb. Tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.
Səhnə əsərində aktyorların məharətli çıxışı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR